Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, onların rəqabət qabiliyyətinin və cəlbediciliyinin artırılması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən sistemli və ardıcıl inkişaf tədbirləri və islahatlar həyata keçirilir.
“Report” ADY-yə istinadən xəbər verir ki, ölkəmiz üçün ən əhəmiyyətli beynəlxalq nəqliyyat marşrutlarından biri olan, Şərq-Qərb və əks istiqamətdə tranzit yüklərin daşınmasının həyata keçirildiyi “Orta Dəhliz”in inkişaf etdirilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla birlikdə son illərdə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində koordinasiyalı birgə fəaliyyət təşkil edilir və koordinasiyanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu ildən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsi üzrə işlərə başlanılıb.