Azərbaycanda hərracların təşkili ilə bağlı yenilənmiş platforma istifadəyə verilib
İQTİSADİYYAT
13:48
30.10.2024
Baxılıb: 114
Azərbaycanda hərracların təşkili ilə bağlı yenilənmiş platforma istifadəyə verilib

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsin rəsmi internet səhifəsi olan "www.auksion.gov.az"ın yenilənmiş versiyası təqdim edilib.

Beynəlxalq təcrübəyə uyğun şəkildə hazırlanmış bu sayt şəffaflığın artırılması, əlçatanlığın təmin edilməsi, rəqəmsallaşmanın genişlənməsi, rəqabətliliyin və istifadəçi məmnuniyyətinin artırılması istiqamətində mühüm rol oynayacaq.

Məlumata görə, ilk dəfə olaraq, saytın istifadəçiləri "Digital login" (Sima Rəqəmsal İmza, Asan İmza, SİMA Token (Elektron imza), İdentifikasiya nömrəsi, BSXM elektron imza) vasitəsilə şəxsi kabinet yaradaraq hərraca çıxarılmış lotlara baxa biləcəklər.

Bildirib ki, sifarişçilər (alıcılar) şəxsi kabinetlərinə daxil olduqdan sonra hərrac prosesində iştirak etmək üçün "Hərraca keçid" etməlidirlər.

Başqa bir yenilik olaraq, sifarişçilər şəxsi kabinetləri vasitəsilə prosedurları yerinə yetirə, etibarnamə verə, lotlara baxa, hərracda onlayn iştirak edə, sifarişlərin gedişatını izləyə, iştirak növünü (onlayn/oflayn) seçə, qalib müəyyən olunmuş lotlar barədə məlumat əldə edə və digər xidmətlərdən yararlana biləcəklər.

Qeyd edilib ki, yenilənmiş sayt dizayn, məzmun və funksionallıq baxımından əvvəlki versiyadan üstünlükləri ilə fərqlənir. Sayt hazırlanarkən istifadəçi rahatlığı, məxfilik və təhlükəsizlik prinsiplərinə xüsusi önəm verilmiş, müasir texnologiyalardan istifadə olunub.

Saytda hərrac elanları, hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatlar, o cümlədən fotoşəkillər, ilkin hərrac qiyməti, beh məbləği və digər məlumatlar yerləşdirilib.

Bundan əlavə, hərraclarda iştirak üçün müraciətlər və beh ödənişləri onlayn şəkildə həyata keçirilir. Hərracın sonunda satılmayan və satılan əmlaklar barədə məlumatlar portalda yenilənir.

Alıcılar yeni istifadəyə verilmiş sayt vasitəsilə ilkin olaraq nəqliyyat vasitələri, gələcəkdə isə səhmdar cəmiyyətlərinin səhm paketləri, kiçik dövlət müəssisələri, müsadirə edilmiş əmlaklar, faydalı qazıntı yataqları, bələdiyyə torpaqları və digər əmlaklar üzrə də sifarişlərini elektron qaydada verə biləcəklər.

Fiziki və hüquqi şəxslər isə qanunvericilikdə müəyyən edilmiş hallarda daşınar və daşınmaz əmlaklarını müqavilə əsasında hərraca çıxara bilərlər. Bunun üçün Hərracların Təşkili Mərkəzinə müraciət etmələri tələb olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
AMB: Ölkədə ödəniş sistemlərinin normativ-hüquqi bazası modernləşdiriləcək
16:44
QHT sədri: Dünyaya səslənərək, itkin ailələrinin hüquqlarının bərpa olunmasını tələb edirik
16:42
Azərbaycan XİN İspaniyaya başsağlığı verib
16:39
KİV: Makronun reytinqi antirekordu yeniləyib
16:38
Azərbaycan tütünçülüyü: Yeni standartların zərurəti və bazar perspektivləri
16:35
Valensiyada daşqınlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb
16:33
Tacikistanın mobil operatoru “Azerspace-2” peykindən istifadə edəcək
16:32
Azərbaycanda turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallar təsdiqlənib
16:30
Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi dəyişlib
16:29
SOCAR Türkiyədəki telekommunikasiya şirkətinin satış prosesini başa çatdırıb
16:27
Azərbaycan və BMT iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünü müzakirə edib
16:23
Ərdoğan Meral Akşenerə qarşı bütün məhkəmə iddialarından imtina edib
16:22
Azərbaycanda hərracların təşkili ilə bağlı yenilənmiş platforma istifadəyə verilib
13:48
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib
13:45
Bakıda strateji əhəmiyyətli yük stansiyası əsaslı təmir edilib
13:44
Bakıda daha 20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib
13:41
Araik Arutyunyan: İrəvan və Bakı arasında sülh sazişinin bütün bəndlərinin razılaşdırılması imkanı var
13:39
MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək
13:36
Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
13:32
Qızılın qiyməti tarixdə ilk dəfə olaraq 1 unsiya üçün 2 800 dolları ötüb
13:30