Azərbaycanda məsafədən kreditləşmənin müsbət və mənfi tərəfləri açıqlanıb
İQTİSADİYYAT
16:12
05.11.2024
Baxılıb: 602
Azərbaycanda məsafədən kreditləşmənin müsbət və mənfi tərəfləri açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) məsafədən kreditləşmənin üstün və çatışmaz tərəflərini açıqlayıb.

AMB-nin “Report”un sorğusuna cavabında bildirilib ki, məsafədən kreditləşmənin üstünlüklərinə sürətli və rahat əlçatanlıq, vaxt qənaəti və kreditin rəqəmsal kanallar vasitəsilə fiziki banka getmədən əldə olunması imkanları daxildir. Bu metod müştərilərə müxtəlif kredit təkliflərini müqayisə etmək imkanı da verir.

"Bununla yanaşı, məsafədən kreditləşmənin bəzi çatışmazlıqları da mövcuddur. Əsasən müştərinin kimliyinin düzgün eyniləşdirilməməsi və məlumat təhlükəsizliyində mümkün boşluqlar risk yarada bilər. Həmçinin məsafədən kredit alma prosesində müştəriyə daha az dəstək göstərilə bilər ki, bu da məlumatın düzgün anlaşılmasını çətinləşdirə bilər.

“Bank olmayan kredit təşkilatları haqqında” qanununa edilən dəyişikliklə bağlı hazırlanmış və qüvvəyə minmiş yeni qaydalar kredit risklərinin idarə edilməsi prosesinə dair tələbləri müəyyən edir. Qaydalarda kredit risklərinin qiymətləndirilməsi və inzibatçılığı ilə bağlı minimum tələblər göstərilib, bu da bank olmayan kredit təşkilatlarında (BOKT) risklərin düzgün idarə olunmasını təmin etməyə yönəlib.

Layihədə istehlak kredit müqaviləsinin məsafədən bağlanması zamanı risklərin qarşısını almaq üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunundan və bu qanuna uyğun olaraq hazırlanmış müştəri verifikasiyası qaydalarından istifadə nəzərdə tutulur.

AMB-nin İdarə Heyətinin 2022-ci il 4 fevral tarixli Qərarı ilə təsdiq olunmuş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na əsasən məsafədən bank hesablarının açılmasına dair tələblər müəyyən edilib. Hazırkı təcrübə BOKT-larda kredit risklərinin idarə edilməsi qaydasının hazırlanması zamanı istifadə olunacaq.

Bu tənzimləmə prosesinin həyata keçirilməsi bank olmayan kredit təşkilatlarında məsafədən kreditləşmə zamanı müştərilərin identifikasiyasının düzgün aparılmasına və potensial risklərin qarşısının alınmasına kömək edəcək", - AMB qeyd edir.

Bildirilib ki, Mərkəzi Bankın “2024-2026 Maliyyə Sektorunun İnkişafı Strategiyası” çərçivəsində rəqəmsal maliyyə təşəbbüsləri arasında müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsinin təkmilləşdirilməsi də nəzərdə tutulub. Bu çərçivədə məsafədən hesabların və müqavilələrin bağlanılması üçün istifadə olunan eyniləşdirmə və imzalama üsulları yenilənəcək. Bank olmayan kredit təşkilatları bu qaydaların tələblərinə əsasən istehlak kreditlərinin rəqəmsal proseslərini inkişaf etdirə biləcəklər, AMB vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00
Mark Rüttedən etiraf: Ukrayna Rusiya ilə cəbhədə məğlub olur
00:00
Daxili İşlər Nazirliyinin ciddi kadr problemlərinin olduğu göz qabağındadır
00:00
Türkiyə və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
00:00
Lavrov: Trampın gəlişi ABŞ-ın Ukraynadakı vəziyyətə münasibətini dəyişməyəcək
00:00
Senator Con Tun ABŞ Konqresinin yuxarı palatasında Respublikaçılar çoxluğun lideri seçilib
00:00
KİV: Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır
00:00
Azərbaycan və BYD elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalayıb
16:25
Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
16:19
Bakı və İrəvan arasında danışıqlara töhfə vermək üçün fəal rol oynamağa hazırıq
15:53
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) noyabrın 13-də Sammiti keçirilir
15:50