KOBİA: Vahid rəqəmsal platforma və milli standartlar biznesi istiqamətləndirəcək
İQTİSADİYYAT
11:16
06.11.2024
Baxılıb: 1311
KOBİA: Vahid rəqəmsal platforma və milli standartlar biznesi istiqamətləndirəcək

Vahid rəqəmsal platforma və milli standartlar, Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərinin biznes proseslərində necə tətbiq edilə biləcəyinə dair biznesi istiqamətləndirəcək və onlara lazımi addımların atılmasında dəstək olacaq.

Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Bakıda keçirilən "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş konfransda bildirib.

O qeyd edib ki, qəbul olunmuş milli ESG standartı Beynəlxalq Standartlaşdırma Təşkilatının tövsiyələrinə əsaslanaraq hazırlanıb və bu başlıq altında qəbul edilmiş ilk təcrübələrdən biri sayılır.

"Beynəlxalq səviyyədə ESG elementlərini əhatə edən dayanıqlıq məsələləri ilə bağlı bir çox hesabatlıq tələbləri və formaları mövcuddur, lakin ESG prinsipinə həsr olunmuş ayrıca bir çərçivə sənədi indiyə qədər mövcud deyildi. ESG prinsiplərinin mühüm elementlərindən biri olan ətraf mühit məsələləri "yaşıl inkişaf" siyasətinin əsas istiqamətlərindəndir. Yaşıl Dünya Naminə Həmrəylik ilində və COP29 sammiti ərəfəsində bu standartların qəbul edilməsi, ESG üzrə vahid platformanın istifadəyə verilməsi dövlətin "yaşıl inkişaf" siyasətinə əlavə dəstək və töhfə vermək potensialına malikdir", - deyə o vurğulayıb.

O. Məmmədov həmçinin qeyd edib ki, bu resurslar bizneslərin rəyi və ehtiyacları əsasında hazırlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51