Pərviz Şahbazov: “Azərbaycan 2030-cu ilədək meqa layihələr həyata keçirəcək”
İQTİSADİYYAT
16:15
12.11.2024
Baxılıb: 596
Pərviz Şahbazov: “Azərbaycan 2030-cu ilədək meqa layihələr həyata keçirəcək”

Azərbaycan 2030-cu ilədək “yaşıl artım ölkəsi” və "yaşıl elektrik enerjisi", "yaşıl qaz"ların tədarükçüsü kimi inkişaf prioritetlərinə uyğun olaraq bərpa olunan enerji potensialını milli və beynəlxalq miqyasda artıran ambissiyalı meqa layihələrin icrasını hədəfləyir.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" tədbirində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, bir neçə saatdan sonra BP ilə "yaşıl enerji zonası" - Şərqi Zəngəzurda 240 MVt gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq: “Bu stansiya dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçalın karbonsuzlaşdırılmasına əhəmiyyətli töhfə verəcək. Ümumilikdə, 2030-cu ilə qədər istismara veriləcək 2 250 MVt gücündə günəş və külək elektrik stansiyaları quraşdırılmış gücdə bərpa olunan enerjinin payını 35,5 %-ə yüksəldəcək. Bu, yalnız 30 %-lik hədəfimizin yenilənməsi deyil, eyni zamanda günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7 dəfədən çox artması deməkdir”.

P. Şahbazov bildirib ki, bu dövrdə əsas strateji hədəflərdən biri də 5 QVt əlavə enerji gücü yaratmaq və bu enerjinin “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə də Qazaxıstan və Özbəkistandan bərpa olunan enerjinin axını üçün “Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi"ni qurmaqdır: “Bu regional "yaşıl enerji dəhlizləri" bir-biri ilə əlaqələndirilərək Avropaya yönəldildiyi təqdirdə, Azərbaycan 2030-cu ildə həm özünün, həm də Asiyadan Avropaya qədər geniş bir coğrafiyada ölkələrin "yaşıl enerji"yə keçidinə və qlobal öhdəliklərin yerinə yetirilməsinə əhəmiyyətli töhfə vermiş olacaq. Bu təşəbbüsləri həyata keçirmək və enerji keçidində əsl dönüş yaratmaq üçün hər bir ölkənin, qurumun və sektorun güclü birliyi və dəstəyi labüddür. Gəlin, öz üzərimizə düşən məsuliyyəti tam olaraq yerinə yetirək, maliyyə və texnoloji imkanlarımızı səfərbər edək və gələcəyimiz üçün qətiyyətlə hərəkət edək. İndi birlikdə addım atmağın və COP29-un qlobal enerji hədəflərini reallığa çevirməyin zamanıdır!”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Politico": Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
23:08
“İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” yenidən təsdiq olunub
23:06
WP: Tramp ona qarşı ittiham irəli sürmüş prokurorun komandasını işdən çıxarmaq istəyir
22:53
Kyodo: Tokio hərbi-sənaye kompleksinin inkişaf strategiyasının hazırlanmasına başlayıb
22:45
Tramp maliyyə naziri vəzifəsinə investor Bessenti təklif edib
13:20
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28