Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
İQTİSADİYYAT
00:21
23.11.2024
Baxılıb: 172
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb

“Azərbaycan Dəmir Yolları” QSC və Asiya İnkişaf Bankı (ADB) regional əlaqələrin gücləndirilməsi məqsədilə “Şimal-Cənub” dəhlizinin Azərbaycandakı əsas hissəsinin bərpa edilməsi məqsədilə 131,5 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıb.

Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Rövşən Rüstəmov və ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal imzalayıblar.

Bu layihənin ümumi dəyəri 160,5 milyon ABŞ dolları təşkil edir ki, bunun da 29 milyon ABŞ dolları Azərbaycan hökuməti tərəfindən qarşılanır. Kredit ADB-nin çevik kredit məhsulu çərçivəsində müəyyən edilmiş faiz dərəcəsi ilə 2 il güzəştli dövr daxil olmaqla 22 il müddətinə veriləcək. Kredit üzrə faiz ödənişləri və digər ödənişlər ildə iki dəfə - hər il mayın 15-i və noyabrın 15-də həyata keçiriləcək.

Vəsait dəhlizin Sumqayıt-Yalama hissəsində 166 kilometrlik magistralın, o cümlədən mülki tikililərin və dəmir yolu keçidlərinin bərpasının başa çatdırılmasına yönəldiləcək. Bu kredit 2017-ci ildə təsdiq edilmiş və ölkənin dəmir yolu əməliyyatlarının müasirləşdirilməsinə yönəlmiş Dəmir Yolu Sektorunun İnkişaf Proqramının əlavə maliyyələşdirilməsidir. Bank ilkin olaraq Azərbaycan Dəmir Yollarına (ADY) 150 ​​milyon ABŞ dolları ayırıb.

Əlavə maliyyələşdirmə ilkin layihənin genişləndirilməsinə və Sumqayıtdan Yalamaya qədər olan təxminən 333 kilometrlik əsas marşrutun, o cümlədən mülki strukturların və dəmir yolu keçidlərinin ümumi bərpasına imkan verəcək.

Layihənin 2025-ci il dekabrın 31-dək başa çatdırılacağı gözlənilir.

Müqaviləyə əsasən, borcalan maliyyə dayanıqlılığının qorunub saxlanması üçün bazar risklərini, o cümlədən adekvat borc xidmətlərinin əhatə dairəsini, həmçinin inflyasiya, valyuta və faiz dərəcəsi risklərini əhatə etməklə yanaşı, yük və sərnişindaşıma tariflərini müntəzəm olaraq tənzimləməlidir. ADY təsdiq edilmiş maliyyə restrukturizasiya planı başa çatdıqdan, yəni 2024-cü ildən sonra borc xidmətlərinin ödənilməsi əmsalını 1,1-dən yuxarı saxlamalıdır.

ADY həmçinin yük və sərnişin qatarlarının təhlükəsiz və səmərəli istismarını təmin etmək üçün relslərin və digər layihə obyektlərinin (layihə dəmir yolu xətti üçün elektrifikasiya, siqnalizasiya və telekommunikasiya avadanlıqları) strukturunun və vəziyyətinin qənaətbəxş saxlanılmasını təmin etməyi öhdəsinə götürüb.

Azərbaycan 1999-cu ildə ADB-yə qoşulandan bəri bank nəqliyyat, energetika, səhiyyə və kənd təsərrüfatı kimi sektorlarda suveren və özəl layihələri dəstəkləmək üçün 5 milyard ABŞ dollarından çox vəsait ayırıb.

ADB 1966-cı ildə təsis edilib və 49-u regionda yerləşən 68 üzvdən ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar
11:10
Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb
03:38
Belçika səfirliyi COP29 barədə: İnanılmaz əməkdaşlığın şahidi olduq
02:42
Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər
02:41
Afinadakı səfir Aqrobiznes Forumunda iştirakçılara COP29-un yekunları barədə məlumat verib
01:19
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
00:48
Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib
00:47
Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb
00:29
Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
00:23
Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
00:21
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00