Azərbaycanda yaş tütün istehsalında 34 % artım qeydə alınıb
İQTİSADİYYAT
13:14
27.11.2024
Baxılıb: 31
Azərbaycanda yaş tütün istehsalında 34 % artım qeydə alınıb

Bu ilin yanvar-oktyabr aylarında sahələrdən 5 600 ton yaş tütün yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Kənd Təsərrüfatı Nazirliyi xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 34 % çoxdur.

Məlumata görə, respublikada tütün sahələrində məhsul yığımı davam edir: “Bu il Azərbaycanın 10 bölgəsində, o cümlədən Naxçıvan Muxtar Respublikasında tütün əkinləri həyata keçirilib. Ən çox tütün əkini Şəki-Zaqatala iqtisadi rayonunda əkilib, ölkə üzrə tütün əkinlərinin təxminən 90 %-ə yaxını bu iqtisadi zonanın payına düşür. Hazırda bölgələrdə tütün yığımı davam edir, respublika üzrə orta məhsuldarlıq 22 sentnerə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 sentner çoxdur”.

Qeyd edək ki, bu il ölkədən xarici bazarlara tütün ixracında da ciddi artım qeydə alınıb. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici bazarlara 21,5 milyon ABŞ dolları dəyərində 7 min ton qutu tütün xammalı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrqü ilə müqayisədə dəyər ifadəsində 5,1 dəfə, həcm olaraq isə 3,5 dəfə çoxdur.

Bildirilir ki, Azərbaycanda tütün əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır: “Aqrar Subsidiya Şurasının qərarına görə, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə Virciniya sortu tütün yetişdirən fermerlər tədarük məntəqələrinə təhvil verdikləri yaş tütünün hər tonuna görə 36 manat məhsul subsidiyası alacaqlar. Müasir suvarma sistemləri quraşdırılmamış sahələrdə becərilən və təhvil verilən Virciniya sortu yaş tütünün hər tonuna görə isə 18 manat subsidiya ödənilməsi nəzərdə tutulur. Digər sort tütün əkən fermerlər əkin sahələrinin müasir suvarma sistemləri ilə təmin edilib-edilməməsindən asılı olaraq təhvil verdikləri hər ton yaş məhsula görə 22 və 20 manat, quru tütünün tonuna görə isə 220 və 200 manat məhsul subsidiyası alacaqlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var
17:43
Londonda kürd ictimai mərkəzində axtarış aparıb
17:40
Azərbaycanda növbəti bələdiyyə seçkiləri gələn ilin yanvarın 29-na təyin edilib
17:37
Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib
17:35
Azərbaycan "yaşıl iqtisadiyyat"a töhfə verən 5 razılaşma imzalayıb
17:33
Azərbaycan Karib ölkələrinə iqlim risklərinin idarə olunması sahəsində dəstəyini genişləndirəcək
17:32
CPC bu il 53 milyon ton neft ixrac edib
17:30
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
17:28
EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq
17:25
SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib
15:25
Azərbaycanda yaş tütün istehsalında 34 % artım qeydə alınıb
13:14
Azərbaycanda 10 ayda dövlət xətti ilə 383 milyon manat ipoteka krediti verilib
13:11
Azərbaycanın bank sektorunun aktivləri 8 %-ə yaxın artıb
12:37
Mikayıl Cabbarov: "Yaşıl artım portalı" yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək"
12:35
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
12:33
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
12:30
Bayden Konqresdən Ukrayna üçün əlavə vəsait istəyib
12:28
Qətərdə dünyanın ən böyük mavi ammonyak zavodu tikilir
12:12
Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək
12:10
Merkel NATO-nu Rusiyanı cilovlamaq üçün sistem yaratmağa çağırıb
12:01