CPC bu il 53 milyon ton neft ixrac edib
İQTİSADİYYAT
17:30
27.11.2024
Baxılıb: 27
CPC bu il 53 milyon ton neft ixrac edib

"Xəzər Boru Kəməri Konsorsiumu" (CPC) bu ilin yanvar-oktyabr aylarında 53 milyon ton neft ixraca göndərib.

Bu barədə “Report”un Qazaxıstan bürosu CPC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

"Cari ilin yanvar ayından oktyabrın 31-dək CPC 53 milyon tondan çox neft ixrac edib. Bu həcmlər 492 tankerə yüklənib ki, bu da ötən ilin göstəricisindən iki gəmi çoxdur", - məlumatda qeyd olunub.

Bildirilir ki, 2024-cü ilin əvvəlindən boru kəmərinin istismar hazırlığı əmsalı təxminən 98 % təşkil edir. Bu dövr ərzində neft nasos stansiyalarının mexaniki-texnoloji avadanlıqlarında və xətt hissəsində 26 mindən çox texniki xidmət işi yerinə yetirilib.

Xatırladaq ki, bu il CPC təxminən 65,2 milyon ton Qazaxıstan nefti nəql etməyi planlaşdırır. 2023-cü ildə CPC 63,47 milyon ton neftin (artım 8,1 %) nəqlini və ixracını təmin edib.

Uzunluğu 1,5 min km olan CPC Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilləri ilə birləşdirir, burada neft CPC dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Konsorsiumun ən böyük səhmdarları arasında Rusiya (“Transneft”), Qazaxıstan (“Kazmunayqaz”), “Chevron”, “Lukoil”, “ExxonMobil”, “Rosneft” və “Shell” şirkətləri var.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var
17:43
Londonda kürd ictimai mərkəzində axtarış aparıb
17:40
Azərbaycanda növbəti bələdiyyə seçkiləri gələn ilin yanvarın 29-na təyin edilib
17:37
Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib
17:35
Azərbaycan "yaşıl iqtisadiyyat"a töhfə verən 5 razılaşma imzalayıb
17:33
Azərbaycan Karib ölkələrinə iqlim risklərinin idarə olunması sahəsində dəstəyini genişləndirəcək
17:32
CPC bu il 53 milyon ton neft ixrac edib
17:30
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
17:28
EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq
17:25
SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib
15:25
Azərbaycanda yaş tütün istehsalında 34 % artım qeydə alınıb
13:14
Azərbaycanda 10 ayda dövlət xətti ilə 383 milyon manat ipoteka krediti verilib
13:11
Azərbaycanın bank sektorunun aktivləri 8 %-ə yaxın artıb
12:37
Mikayıl Cabbarov: "Yaşıl artım portalı" yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək"
12:35
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
12:33
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
12:30
Bayden Konqresdən Ukrayna üçün əlavə vəsait istəyib
12:28
Qətərdə dünyanın ən böyük mavi ammonyak zavodu tikilir
12:12
Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək
12:10
Merkel NATO-nu Rusiyanı cilovlamaq üçün sistem yaratmağa çağırıb
12:01