Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
İQTİSADİYYAT
14:44
29.11.2024
Baxılıb: 1092
Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

Bununla da şəhadətnamə almış KOB subyektlərinin sayı 182-ə çatıb.

“Startap” şəhadətnaməsi almış KOB subyektləri və layihələri "Navimax" MMC - GPS izləmə platforması, fiziki şəxs İnqlab Rzayev - kənd təsərrüfatı məhsullarının satışı və çatdırılması üçün “Bazardan” mobil tətbiqi, “Firstit” MMC - kofeşop, kafe və restoranlarda abunəlik və keşbek funksiyalı alış imkanı verən mobil tətbiq, “Oenva” MMC - onlayn intellektual oyun platforması, "EcoRide" MMC - kuryer çatdırılma xidmətinin təşkili üçün onlayn platforma, “Kiber Təhlükəsizlik Platforması” MMC - kibertəhlükəsizlik sahəsində praktiki bacarıqların inkişaf etdirilməsi üçün onlayn platforma, “E-mza” MMC - sənədlərin elektron hazırlanması, elektron imza ilə təsdiq olunması, saxlanılması və idarəedilməsi üçün onlayn platforma və “Mopsn” MMC - müxtəlif xidmətlərin satışı üçün mobil tətbiqdir.

Şəhadətnamə KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: //smb.gov.az/az/nav/startap-sehadetnamesi

Digər xəbərlər
SON XƏBƏRLƏR
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13
DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb
14:53
Azərbaycanın xaricə satdığı məhsulların pulunu mənimsəyən şəxslər ifşa edilib
14:51