Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda İsrail və İranın xarici işlər nazirləri İsrael Katz və Abbas Əraqçi ilə danışıqlar apardığını bildirib.
Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Today I held important calls with Israeli FM @Israel_Katz and Iranian FM @araghchi.
— David Lammy (@DavidLammy) October 27, 2024
The UK continues to press for de-escalation and an end to the conflicts in Lebanon and Gaza.
A regional war would be catastrophic and is in no one's interests.
"Bu gün İsrailin xarici işlər naziri İsrael Katz və İranın xarici işlər naziri Əraqçi ilə mühüm danışıqlar apardım. Böyük Britaniya Livan və Qəzzada gərginliyin azaldılmasında, münaqişələrin dayandırılmasında israr etməkdə davam edir. Regional müharibə fəlakət olardı, bu, heç kimin maraqlarına uyğun deyil", - paylaşımda qeyd edilir.