Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər.
Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərq üzrə baş komissarı Filip Lazzarini deyib.
“Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, söhbət 43 min ölüdən gedir. İtkin düşmüşlər siyahısında olan, dağıntılar altında qalanlar da var, onların sayı nə qədərdir? Çox güman ki, 43 mindən çox insan var (ölü və itkin düşüb – Qeyd) ”, - deyə o qeyd edib.
Son məlumatlara görə, 2023-cü ilin oktyabrından bu yana Fələstin-İsrail münaqişəsi qurbanlarının ümumi sayı 43 mini keçib, 103 mindən çox insan yaralanıb.