Polşa təxribat planlaşdırmaqda və Ukraynaya göndəriləcək hərbi texnika ilə bağlı kəşfiyyat məlumatı toplamaqda ittiham olunan 16 əcnəbi şəxsi Rusiyaya casusluqda ittiham edib.
İttiham edilən şəxslər verilən tapşırıqlara əsasən Polşa ərazisində Rusiya xeyrinə kəşfiyyat aparmalı, hərbi obyektləri müəyyən etməli, Ukraynaya yardım aparan qatarların monitorinq edib və qatarın relsdən çıxması planının hazırlanmasını həyata keçirməli idi.
Bütün təqsirləndirilən şəxslər bu əməlləri etiraf ediblər. Saxlanılanlar verilən tapşırıqlar arasında həmçinin Polşa ictimaiyyətində anti-Ukrayna əhval-ruhiyyəsini qızışdırmaq üçün təbliğatın aparılmasının da olduğunu etiraf ediblər.