Putin Ağasandyanı KTMT-dəki vəzifəsindən azad edib
SİYASƏT
21:19
09.04.2024
Baxılıb: 1939
Putin Ağasandyanı KTMT-dəki vəzifəsindən azad edib

Rusiya prezidenti Vladimir Putin Mikayel Ağasandyanı Rusiyanın KTMT-dəki daimi nümayəndəsi vəzifəsindən azad edib.

 

Ağasandyan Rusiya Xarici İşlər Nazirliyində MDB işləri üzrə birinci departamentin direktorudur.  Xüsusi təyinatlı səfir diplomatik rütbəsinə malik olan Ağasandyan  2021-ci ilin sentyabrında Rusiyanın KTMT-dəki nümayəndəsi təyin edilib.

 

Putinin digər sərəncamına əsasən, Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilev xüsusi təyinatlı səfir təyin edilib. O, əvvəllər KTMT-də işləyib, 2013-cü ildə KTMT-də səfir vəzifəsini tutub.

Digər xəbərlər