Aqil Ələsgər: Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun
SİYASƏT
16:10
01.10.2024
Baxılıb: 463
Aqil Ələsgər: Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun

Demokratiya, insan hüquqları gözəl səslənir, ikili standartlarla olmasa. Mən burada tarixi torpaqlarından qovulan beş yüz mindən çox azərbaycanlının pozulan hüquqlarının bərpasını tələb edirəm. Bizim Qərbi Azərbaycanı ziyarət hüququmuz bərpa olunsun.

"Report" xəbər verir ki, bunu Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Haqlarına dair illik toplantısında çıxış edən “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

Toplantının “Münaqişə zonalarında humanitar məsələlər və fundamental azadlıqlar” mövzusunda sessiyasında danışan A.Ələsgər qeyd edib ki, Qərbi Azərbaycandan olan insanların hüquqları Ermənistan tərəfindən ciddi şəkildə pozulmaqdadır.

“Mən burada tarixi torpaqlarından qovulan beş yüz min azərbaycanlının pozulan hüquqlarının bərpasını tələb edirəm. Bir milyon məcburi köçkünümüz üçün 30 il danışdıq, ancaq sonunda özümüz həll etdik. İndi isə tarixi Azərbaycan torpağı olan indiki Ermənistandan beş yüz min vətəndaşımızın ata-baba məzarlarını, turist kimi də olsa, ziyarət etməsinə şərait yaratmasını istəyirik. Biz Ermənistana ərazi iddiası etmirik. Baxmayaraq ki, tarixən bizim torpaqlardır. Bir an öncə Ermənistanın sülhə gəlməsini, Qafqazda sülh olmasını arzu edirik. Öz dədə-baba yurdlarını ziyarət ən məsum insan haqlarıdır”, - deyə o bildirib.

Qeyd edək ki, 57 ölkənin səfirləri, diplomat və rəsmi nümayəndələrinin qatıldığı illik toplantıda ATƏT coğrafiyasında insan haqları, fundamental azadlıqlar və münaqişələr müzakirə olunur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Dünyanın ən yaxşı dron pilotları TEKNOFEST-də yarışıblar
16:58
Sağlam həyatın açarı: Daimi gəzinti
15:49
Müharibə Türkiyənin enerji sektoru üçün müəyyən təhdidlər yaradıb
15:22
Konfrans məkanında kişilər və qadınlar üçün iki meditasiya/ibadət otağı olacaq
15:17
Bəzi şəxslər dedikləri və ya yazdığı sözlərə görə məsuliyyət daşımayacaq
15:12
Azərbaycan COP29-un maliyyə öhdəlikləri ilə yanaşı digər faktiki əlavə xərcləri öz üzərinə götürür
14:54
Gürcü politoloq: Qərb ölkələri Gürcüstanda çaxnaşma salmağa çalışırlar
14:04
İraqın şimalında altı PKK-çı öldürülüb
13:50
ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb
13:49
Moskvada MDB XİN rəhbərlərinin Şurasının iclası başlayıb
13:45
Bu il ARDNF AÇG-nin işlənməsindən 4,6 milyard dollardan çox gəlir əldə edib
13:44
ABŞ bir il ərzində İsrailə hərbi yardım üçün 17,9 milyard dollar xərcləyib
12:43
Britaniya qanunsuz miqrantların sayına görə Avropada birinci yerdədir
12:41
Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır
12:39
Gürcüstanda prezidentin impiçment proseduru bərpa ediləcək
12:38
Bəhruz Quliyev: "Qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı layihələr hazırlanıb"
12:07
Azərbaycanda beynəlxalq ticarətlə məşğul olan sahibkarların əsas gözləntiləri açıqlanıb
12:05
Ekspert: Qazaxıstanda AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun yaradılması risklidir
12:03
Azərbaycanın belaruslu milli qəhrəmanının anasına hədiyyə və yardım çatdırılıb
12:02
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının törəməsi yenidən təşkil edilir
11:58