BTQ Cenevrədə Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək
SİYASƏT
20:52
21.10.2024
Baxılıb: 159
BTQ Cenevrədə Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək

BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin davam edən (İHK) 142-ci sessiyası çərçivəsində oktyabrın 22-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçiriləcək.

"Report" xəbər verir ki, tədbirdə Fransa və Niderlandın əsarəti altında olan ərazilər – Martinik, Yeni Kaledoniya, Qvadelup, Bonaire, Sen-Martin, Fransız Polineziyası, Mayot, Fransız Qvianası, Korsika, həmçinin Qayanadan parlamentarilər, qeyri-hökumət təşkilatlarının və siyasi partiyalarının rəhbərləri, ekspertlər, elm xadimləri, beyin mərkəzlərinin tədqiqatçıları, habelə bir sıra ölkələrin BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatları iştirak edəcək.

Konfransda Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal, “Urgences Panafircanistes” Kemi Sebanın da iştirakı planlaşdırılır.

Tədbirin məqsədi Fransa və Niderland tərəfindən aparılan müstəmləkə siyasətinin yaratdığı sosial, siyasi və ekoloji təsirlərini müzakirə etmək və beynəlxalq ictimaiyyəti dekolonizasiya prosesinə dəstək verməyə çağırmaqdır. Xüsusilə, müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması və ədalətli bir gələcəyin qurulması üçün beynəlxalq hüquq prinsiplərinə uyğun həll yollarını tapmaq əsas vəzifələr sırasındadır.

Konfransda Fransa müstəmləkələrinin tarixi və mövcud təsirləri ilə yanaşı, iqtisadi asılılıq, sosial hüquqların pozulması və ekoloji problemlər ətraflı şəkildə müzakirə olunacaq.

Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın tətbiqi və onun müstəmləkə ərazilərində hüquq bərabərliyinin təmin olunmasına təsirləri tədbirin əsas mövzuları sırasında yer alacaq. Bu platforma, həmçinin, müstəmləkə əsarətində qalan xalqların səsi olmaq, onların suverenlik hüquqlarını müdafiə etmək və beynəlxalq hüququn tələbləri əsasında dayanıqlı və ədalətli bir gələcək qurulması üçün dialoq mühiti yaratmağı hədəfləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Estoniyada Rusiya vətəndaşlarının səsvermə hüququndan məhrum edilməsi təklif olunub
13:30
SOCAR Qarabağ və Şərqi Zəngəzurda görüləcək işləri açıqlayıb
13:25
Sabahın havası necə olacaq?
13:18
Ukrayna yalnız Avropa İttifaqının əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərini yerinə yetirdikdən pul alacaq
13:16
Yağıntılı hava məktəblərdə davamiyyətə təsir etməyib
13:11
Azərbaycan gömrükçüləri aksiz markasız siqaretlər aşkarlayıb
13:09
Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin keçirilməsi ilk oxunuşda təsdiqlənib
13:07
Siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üçün yeni qaydanın müəyyənləşməsi təsdiqlənib
13:02
Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımanın həcmi artıb
12:52
Bakıda Neft Emalı Zavodunda yanğın
12:48
Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib
10:47
Milli Məclisin deputatları Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər
10:45
Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb
10:37
Hikmət Hacıyev: BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və ədalətli dünya nizamına töhfə verir
10:35
Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib
10:30
AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq
10:22
“Gürcü Arzusu"nun təmsilçisi: Bizi sülh maraqlandırır, müxalif qüvvələrin təsirinə yol verməməliyik
10:21
Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96 %-də milli valyutalar istifadə olunur
10:17
Qərbi Azərbaycan Xronikası: “Ermənilər Çivə kəndindəki abidələri məhv etmişdilər”
10:13
BMT rəsmisi: Ermənistanın əsir götürdüyü itkin düşmüş bir neçə azərbaycanlının taleyinə aydınlıq gətirmişik
10:12