İtaliya XİN rəhbərinin müavini: Azərbaycana qarşı Avroparlamentin qətnaməsi saxtakarlıqlarla doludur
SİYASƏT
09:57
25.10.2024
Baxılıb: 294
İtaliya XİN rəhbərinin müavini: Azərbaycana qarşı Avroparlamentin qətnaməsi saxtakarlıqlarla doludur

Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi hüquqi və tarixi saxtakarlıqlarla doludur.

Bunu İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, İtaliya Nazirlər Şurasında Qafqaz bölgəsinə məsul şəxs Ermondo Cirielli İtaliya mətbuatına müsahibəsində deyib.

Qeyd edək ki, o həmçinin İtaliyanın hakim "İtaliya Qardaşları" partiyasının milli direktorluğunun əlaqələndiricisidir. Bu partiya ötən gün Avropa Parlamentində Azərbaycana qarşı qəbul olunan qətnaməsi üçün səsvermədə bitərəf qalıb.

Nazir müavini xatırladıb ki, məhz Ermənistan qeyri-qanuni (BMT tərəfindən pislənmiş) olaraq otuz il ərzində Qırmızı Ordunun dəstəyi ilə nəinki Dağlıq Qarabağı, həm də ondan iki dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqları ərazini işğal edib:

“BMT-nin müstəqil hesabatlarından da göründüyü kimi, ermənilərin regionu tərk etmələrinə görə məsuliyyət daşıyan Azərbaycan deyil. Məhz beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan həmin bölgədə yaşayan erməniləri qorumaq bəhanəsi ilə Ermənistanın başlatdığı müharibə nəticəsində 750 mindən çox azərbaycanlı öz torpaqlarından didərgin düşməyə məcbur olub”.

O, vurğulayıb ki, Ermənistan ərazisində Azərbaycan qoşunları yoxdur.

“Üstəlik, onilliklər ərzində ermənilər qanunsuz şəkildə işğal etdikləri Azərbaycanın dörd kəndini də geri qaytardılar. Mübahisəli ərazilər yoxdur, çünki Ermənistanın özü də bunu bəyan edib. Yalnız azərbaycanlıların qaldırdığı məsələ var ki, o da Ermənistan konstitusiyasında olan revanşizm kimi başa düşülən müddəalardır”, - o deyib.

E.Cirielli bəyan edib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsiz ki, sülh müqaviləsinin tezliklə imzalanmasına kömək etmir:

“Bu da bir həqiqətdir ki, Avropa İttifaqı iki ölkəni bir-birinə yaxınlaşdıran və hələ də meydanda olan münaqişələri qızışdırmayan neytral və bərabər mövqe ilə Qafqazın sabitləşdirilməsində maraqlı olmalı idi. Bunu ABŞ-dən olan tərəfdaşlarımız çox yaxşı edirlər, həmçinin xarici işlər nazirimiz Tayani də müvafiq tərəflərlə bir neçə dəfə görüşüb və bu, ABŞ tərəfdən də böyük təqdirlə qarşılanıb”, - İtaliya Nazirlər Şurasının Qafqaz bölgəsinə məsul nümayəndəsi vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanda hərracların təşkili ilə bağlı yenilənmiş platforma istifadəyə verilib
13:48
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib
13:45
Bakıda strateji əhəmiyyətli yük stansiyası əsaslı təmir edilib
13:44
Bakıda daha 20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib
13:41
Araik Arutyunyan: İrəvan və Bakı arasında sülh sazişinin bütün bəndlərinin razılaşdırılması imkanı var
13:39
MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək
13:36
Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
13:32
Qızılın qiyməti tarixdə ilk dəfə olaraq 1 unsiya üçün 2 800 dolları ötüb
13:30
Bakıda yeni park
13:28
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10