Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı repressiv xarakter daşıyıb – BMT İnsan Haqları Komitəsi
SİYASƏT
15:22
25.10.2024
Baxılıb: 143
Yeni Kaledoniyada nümayişlərə qarşı Fransanın cavabı repressiv xarakter daşıyıb – BMT İnsan Haqları Komitəsi

BMT-nin İnsan Haqları Komitəsinin sədr müavini Jose Manuel Santos Pais Fransanın bu quruma təqdim etdiyi hesabatı kəskin tənqid edib.

Cenevrədə BMT İnsan Haqları Komitəsinin 142-ci sessiyasında çıxış edən J.Pais Fransanın bu hesabatının əvvəlkinə nisbətən geniş olmadığını deyib:

 

 

“Sizin dənizaşırı ərazilərə dair beşinci hesabatınız altıncı hesabatdan daha geniş işlənilib. Siz əvvəlki hesabatınızda BMT-nin yerli xalqların hüquqları ilə bağlı bəyanatına toxunmuş və Fransanın bu bəyanatın müddəalarına bütün ərazilərində, o cümlədən digər dənizaşırı ərazilərində əməl etməyi öhdəsinə götürdüyünü bildirmişdiniz”.

O xatırladıb ki, həmin hesabatda həmçinin qeyd olunub ki, Fransa Respublikası bu xalqların ifadə etdikləri arzuları nəzərə almağa sadiqdir.

“Yeni Kaledoniya ilə bağlı isə həmin dövrdə qeyd olunurdu ki, Numea Razılaşmasının müddəaları daha çox BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyanatının müddəaları ilə uzlaşır və bu razılaşma hələ də dövlətlə yerli xalqın siyasi nümayəndələri arasında imzalanıb”, - o deyib.

“Fransa hökuməti Yeni Kaledoniyada etirazçılara qarşı tədbirlərdə həddən artıq güc istifadə olunub”

J.Pais qeyd edib ki, 2024-cü ilin may ayında konstitusiyaya əsaslanan və hakimiyyətin Fransadan Yeni Kaledoniyaya tədricən ötürülməsini nəzərdə tutan bir sənəd olan Numea sazişinin müddəalarına baxmayaraq Milli Assambleya Yeni Kaledoniyanın seçici korpusunun genişləndirilməsi lehinə səs verdi:

“Bu dəyişikliklərə etiraz olaraq minlərlə kanak nümayişçisi səfərbər oldu və bu islahatların yerli xalqın nümayəndə institutları ilə əvvəlcədən sərbəst və məlumatlı şəkildə məsləhətləşmədən həyata keçirildiyini tənqid etdi. Hakimiyyət orqanları tərəfindən kifayət qədər dialoq qurulmaması səbəbindən həmin tarixdən bəri şiddətli qarşıdurmalar baş verir”.

Komitənin sədr müavini vurğulayıb ki, fransız hökuməti asayişi bərpa etmək üçün böyük hərbi qüvvələr göndərdi, lakin bu prosesdə güc tətbiqinin həddindən artıq olması ilə bağlı çoxsaylı iddialar ortaya çıxdı, nəticədə Kanak nümayişçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında bir neçə nəfərin ölümü və çoxsaylı yaralanmalar qeydə alındı.

O bildirib ki, sosial şəbəkə TikTok 14 gün müddətinə bloklanıb, komitəyə daxil olan məlumatlara görə, ən azı 11 nəfər güllələnərək öldürülüb, 169 nəfər yaralanıb, təxminən 1700 nümayişçi həbs olunub, onların bir qismi hətta Fransa metropoluna göndərilib.

“Zorakılıq hallarının ciddiliyi, habelə ölən və yaralananların sayı xüsusilə narahatedicidir”

“İnsan hüquqları müdafiəçilərinin, xüsusən də Kanak təşkilatlarından da həbslərin olduğuna dair iddialar var. Həmçinin, zorakılıq aktlarının və ictimai və şəxsi əmlaka zərər vurulmasının qeydə alınmasına baxmayaraq, nümayişlərə qarşı cavab repressiv xarakter daşıyıb. Qeydə alınan zorakılıq hallarının ciddiliyi, habelə ölən və yaralananların sayı xüsusilə narahatedicidir. Görünür ki, bu ərazilərdə baş verən zorakılıqlar Numea sazişində dəyişikliklər və müstəmləkədən azad olma prosesində irəliləyişin olmaması ilə bağlıdır”, - J.Pais deyib.

O bəyan edib ki, Ebbadj və Fransa, Yaker və Fransa, hicabın qadağan edilməsi ilə bağlı 5-ci iş, Koşe və Fransa, FIA işi və Məsud Naima və Fransa, (Hebbadj v. France, Yaker v. France, Cochet v. France) işlərinə nəzər salınsa, İnsan Haqları Komitəsinin Fransa dövlətinə ünvanlandığı qərarların heç birinin icra olunmadığı görünür.

“Beləliklə, 2015-ci ildəki yekun müşahidələrimizdən sonra, komitənin nəticələrini sizin nümayəndə heyətiniz necə qiymətlənidirir? Fransa dövlətinin fikrincə, komitənin nəticələri yalnız o halda yerinə yetirilməlidirmi ki, komitə şikayəti qəbuledilməz hesab etsin və ya hökumətin arqumentləri ilə razılaşsın, amma hüquq pozuntusuna dair qərar çıxarıldıqda, nəticələrə əməl olunmasın?”, - deyə J.Pais sual edib.

O, Fransa təmsilçilərindən qərarların yerinə yetirilmədiyi halda protokolu könüllü ratifikasiya etməyin mənasının nə olduğunu soruşub.

Bundan başqa J.Pais 2013-cü ildə BMT-nin qətnaməsi ilə Fransız Polineziyasının qeyri-muxtar ərazilər siyahısına daxil edilməsinə baxmayaraq, Fransanın bu ərazinin adıçəkilən siyahıda olmadığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10
Londonda 22 ton çeddar pendiri oğurlanıb
01:14
„Mənim işə getmək həvəsim yoxdur“ mübahisəsi
01:04
Belçikada proqram təminatı sənayesi daralır
01:02
Hollandiya noyabr ayından etibarən sərhəd nəzarətinə başlayacaq
00:57
Avstriyada silahlı hücum: Bələdiyyə sədri öldürüldü
00:55
Ermənilər Atatürkün büstünə etiraz ediblər
00:48
“Prezident hökuməti istefaya məcbur etməlidir”
00:43
“Türinqiyada minlərlə ifrat sağçı ekstremist var”
00:39
Aİ ölkələrində elektrik və təbii qaz qiymətləri artıb
00:28