Gürcüstan konstitusiya böhrana girir?
SİYASƏT
16:36
26.10.2024
Baxılıb: 228
Gürcüstan konstitusiya böhrana girir?
Fuad Çıraqov Feysbuk sosoal şəbəkəsində yazır:
Bu gün Gürcüstanda ilk dəfə proporsional əsasda parlament seçkiləri keçirilir. Bu seçkiləri əvvəllər geosiyasi seçkilər adlandırmışdım. Hamının gözü ordadır.
Məsələ burasındadır ki, bu seçkilərin nəticəsində dalan və böhran təkcə seçkilərin nəticələrini qəbul etməyəndən sonra müxalifətin etiraz aksiyasları ilə küçələrdə olmayacaq. Ən böyük böhran isə əslində mövcud qanunveriliciliklə qanunvericilik müstəvisində ola bilər. Bu isə ölkəni ən yaxşı halda növbəti parlament seçkilərinə apara bilər. Pis variantı demək və düşünmək istəmirəm.
Qanunvericilik müstəvisində dalan deyəndə nəyi nəzərdə tuturam?
Belə ki, mövcud qanunvericiliyə görə seçkilərdən sonra yeni parlamentin formalaşması və fəaliyyətə başlaması üçün ən azı 100 deputat özünü yəni, yeni parlamenti təsdiq etməlidir. Yəni, yeni parlament sadə çoxluq əldə etməlidir ki, fəaliyyətə başlasın. Bunun üçün hakim Gürcü Arzusu ya təkbaşına 100 deputat yeri əldə etməlidir, ya da onunla birlikdə digər partiyadan olanlar yeni parlamentə gedib mandatlarını təsdiqləməlidirlər.
S.Zurabişvilinin başçılığı ilə müxalifətin imzaladığı Xartiya ilə müxalifət hakimiyyətlə hansısa razılığa və koalisiyaya getmyəcəyi öhdəliyini götürüb.
Bu o deməkdir ki, Gürcü Arzusu əlindən gələni edəcək ki, ən azı 100 yer yəni, 67% alsın. Amma... bildiyimiz kimi əvvəlki seçkilər qarışıq həm proporsional və həm majoritar idi. Əvvəlki seçkilərdə Gürcü Arzusu proporsional siyahı ilə ən yaxşı halda 47% səs toplaya bilirdi. Bu qədər hadisələrdən sonra Gürcü Arzusu əvvəlki seçkilərdən daha çox 67% toplaya biləcəkmi?
Hakim partiya 100 yeri toplaya bilməsə, yeni parlament təsdiqlənməsə köhnə parlament növbəti seçkilərə qədər öz səlahiyyətlərini saxlayır.
Məsələnin digər tərəfi odur ki, Gürcü Arzusuna təkcə sadə səs çoxluğu yox, məhz konstitusion çoxluq lazımdır yəni, 113 yer. Bunu toplaya biləcəkmi?
Məsələyə digər tərəfdən də baxaq. Deyək ki, müxalifət parlamentdə yerlərin çoxunu yəni, məsələn 99 deputat yerini qazanır və səs çoxluğu ilə qalib gəlir. Hansıki çox az inandırıcıdır. Ancaq onda da indiki hakim partiya parlamentə getməyə və yeni parlamenti təsdiq etməyə bilər. Onda da ölkə konstitusion böhrana girir, köhnə parlament yenisi seçilənə qədər fəaliyyətini davam etdirir.
Burada sadəcə qanunvericilik tərəflinə baxıldı, küçələrdə nə necə olacaq onu demək çətindi. Ona görə gözlərimiz rəqəmlərdə olacaq.... Müxalifətə və iqtidara təkcə səs çoxluğu ilə qalib gəlmək lazım deyil, və ya məsələləri sadə səs çoxluğu həll etməyəcək.
 
Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10
Londonda 22 ton çeddar pendiri oğurlanıb
01:14
„Mənim işə getmək həvəsim yoxdur“ mübahisəsi
01:04
Belçikada proqram təminatı sənayesi daralır
01:02
Hollandiya noyabr ayından etibarən sərhəd nəzarətinə başlayacaq
00:57
Avstriyada silahlı hücum: Bələdiyyə sədri öldürüldü
00:55
Ermənilər Atatürkün büstünə etiraz ediblər
00:48
“Prezident hökuməti istefaya məcbur etməlidir”
00:43
“Türinqiyada minlərlə ifrat sağçı ekstremist var”
00:39
Aİ ölkələrində elektrik və təbii qaz qiymətləri artıb
00:28