Fuad Çıraqov :"Qərb demoqrafiyasında və sosiologiyasında baş verən keyfiyyət dəyişikliyinin təzahürüdür"
SİYASƏT
16:59
06.11.2024
Baxılıb: 587
Fuad Çıraqov :

Tramp özü çox yaşlı olsa da təkcə ABŞ-da deyil, bütövlükdə Qərb demoqrafiyasında və sosiologiyasında baş verən keyfiyyət dəyişikliyinin təzahürüdür. Daha doğrusu son illərdə baş verən keyfiyyət dəyişikliyinə bir etirazdır. Tramp fenomenini anlamaq üçün sadələşdirilmiş kateqoriyalarla demokratlarla respublikaçılar, liberallarla mühafizəkarlar, sollarla sağların, bir qrup kapitalla digər qrup kapital arasında mübarizə kimi baxmaqla anlamaq mümkün deyil. Eləcə də dünyaya və onların xarici siyasət baxışlarına soyuq müharibə dövrü klişeləri ilə təhlil etməklə anlamaq mümkün deyil. ABŞ-da cərayan edən prosesləri anlamaq üçün Gen Z nəslinin xüsusiyyətlərini, yeni high tech şirkətlərində sərvətlər toplamış insanların dünyaya baxışlarını, identiklik siyasətini (identity politics), mədəniyyət müharibələrin (culture wars), ifrat liberalizm və kosmopolitizm təbliğatını ölkə daxilində və xaricində aparan liberal hökumətlərin əndazəsini aşmış (uşaqların cinsini dəyişmək və s.) siyasətlərinə etirazlarını, Dünya Səhiyyə Təşkilatının artıq epidemiya kimi təsbit etdiyi gənc nəsillərdə geniş yayılan tənhalıq və depressiya epidemiyaları (epidemic of depression and epidemic of loneliness) kimi çox dərin sosioloji trendləri və nəsnələri dərindən anlamaq lazımdır. Məsələn, Trampın yeni vitse-prezidentinin nə üçün ənənəvi İvy League universitetlərinin məzunları olan intellektual və idarəçilər sinfini kvazi-aristokratiya adlandırmasını və bu mübarizənin əslində “sinfi mübarizə” olduğunu deməsini anlamaq lazımdır.

 

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00
Mark Rüttedən etiraf: Ukrayna Rusiya ilə cəbhədə məğlub olur
00:00
Daxili İşlər Nazirliyinin ciddi kadr problemlərinin olduğu göz qabağındadır
00:00
Türkiyə və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
00:00
Lavrov: Trampın gəlişi ABŞ-ın Ukraynadakı vəziyyətə münasibətini dəyişməyəcək
00:00
Senator Con Tun ABŞ Konqresinin yuxarı palatasında Respublikaçılar çoxluğun lideri seçilib
00:00
KİV: Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır
00:00
Azərbaycan və BYD elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalayıb
16:25
Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
16:19
Bakı və İrəvan arasında danışıqlara töhfə vermək üçün fəal rol oynamağa hazırıq
15:53
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) noyabrın 13-də Sammiti keçirilir
15:50