Bryansk rayon məhkəməsi yeni il ərəfəsində Rusiya federasiyası pasportunu yandıran bloger qızın ev dustaqlığının müddətini aprelin 5-dək uzadıb. Bu barədə Bryansk vilayətinin ümumi yurisdiksiya məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
Moskva sakini Evgenia Hoffmann Rusiya Federasiyası Cinayət Məcəlləsinin 112-ci maddəsi (xuliqanlıq motivləri ilə qəsdən sağlamlığa orta ağır zərər vurma) və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 329-cu maddəsi (Rusiya Federasiyasının dövlət gerbinin təhqir edilməsi) maddələri ilə ittiham edilir.
Qeyd etmək lazımdır ki, Yanvarın 1-də səhər saatlarında Bryanskda əyləncə klubunun yaxınlığında bloqqer öz pasportunu yandırıb və hadisə ətrafdakılar tərəfindən lentə alınıb.