Yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb
REGİONAL MƏTBUAT
00:16
08.05.2024
Baxılıb: 5942
Yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

 

Agentlik tərəfindən bu çərçivədə avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yerüstü piyada keçidlərinin inşası davam etdirilir. Bu istiqamətdə M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72.5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşıb. Layihə üzrə keçidin ümumi uzunluğu 48.6, eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid  metal konstruksiyalıdır.

 

Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunub. Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub
11:27
Estoniya “Rail Baltic” layihəsinin maliyyələşdirilməsinə 200 milyon avro ayıracaq
09:29
İsrail ordusu: Livandan 5 raket atılıb
09:28
ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqləyib
09:27
Dövlət Departamenti Yaponiyaya yanacaqdoldurma təyyarələrinin satışını təsdiqləyib
09:24
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
09:23
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 39 şübhəli saxlanılıb
09:21
Reuters: Aİ Rusiyaya qarşı sanksiyaların uzadılması yollarını nəzərdən keçirir
00:45
Ulduzlararası səyahətin qapısı 2025-ci ildə Artemida ilə açılır
23:13
Türk həkimlərin ixtirası beyin şişi olan xəstələrin ömrünün proqnozlaşdırılmasını asanlaşdıra bilər
23:05
TCG Alemdar Norveçdə DYNAMIC MONARCH-24 təlimində iştirak edəcək
23:00
Çexiyada quş qripi epidemiyası qeydə alınıb
22:49
Serbiya gələn il hərbi çağırışı bərpa etməyi planlaşdırır
22:47
Ukraynaya “Patriot” kompleksi üçün radar verilib
22:33
Ermənistanda Robert Koçaryana qarşı iş bərpa edilib
22:31
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi heç-heçə edib
22:29
Reuters: Rusiya dronları üçün Çindən gələn mühərriklərdən istifadə edir
22:25
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı 4 nəfərə çatıb
22:21
Zelenski: Rusiya noyabrda keçiriləcək yeni sülh sammitinə dəvət olunacaq
22:19
Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirilib
22:15