Daxili İşlər Naziri bəzi rayonlarda vətəndaşları qəbul edəcək
REGİONAL MƏTBUAT
00:22
08.05.2024
Baxılıb: 673
Daxili İşlər Naziri bəzi rayonlarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən 2024-cü il may ayının 15-də Yardımlı Rayon Polis Şöbəsinin inzibati binasında Yardımlı, Astara, Lerik, Masallı və Lənkəran şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 14.05.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Digər xəbərlər