TAP-ın imkanlarının genişləndirilməsi çərçivəsində infrastruktur işlərinə başlanılıb
REGİONAL MƏTBUAT
11:46
26.08.2024
Baxılıb: 1002
TAP-ın imkanlarının genişləndirilməsi çərçivəsində infrastruktur işlərinə başlanılıb

Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) operatoru olan TAP AG boru kəməri şirkəti kəmərin tutumunun genişləndirilməsi çərçivəsində sentyabrda infrastruktur işlərinə başlayacaq.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, işlərin aparılması TAP-ın Trans-Anadolu Qaz Boru Kəmərinə (TANAP) birləşdiyi Yunanıstan-Türkiyə sərhədindəki Kipoidə planlaşdırılır.

“Boru kəmərinin tutumunun (ildə 1,2 milyard kubmetr) artırmaq üçün 2021-ci ildə məcburi bazar sınaqlarının birinci mərhələsi uğurla başa çatdıqdan sonra, TAP-ın genişləndirilməsi layihəsi çərçivəsində sentyabrın 19-dan 30-dək Kipoi birləşmə nöqtəsində infrastruktur işləri planlaşdırılıb”, - şirkətdən qeyd edilib.

Bildirilib ki, bu müddət ərzində TAP AG birləşmə nöqtələrində mövcud imkanlardan maksimum istifadə etməyi, eyni zamanda ağıllı və ehtiyatlı operator kimi çıxış etməyi planlaşdırır.

“Bununla əlaqədar, sentyabrın 17-dən oktyabrın 1-dək gözlənilən Kipoinin texniki imkanları sutkada 349 milyon 887 min 515 kVt/saat, Melenduqno birləşmə nöqtəsində isə sutkada 290 milyon 866 min 796 kVt/saat təşkil edəcək. Hazırda TAP-a birləşmə nöqtələrində tutum məhdudiyyəti yoxdur”, - məlumatda vurğulanıb.

Xatırladaq ki, 2021-ci ildə bazar sınaqlarının nəticələrinə əsasən, TAP-ın səhmdarları 2026-cı il yanvarın 1-dək onun gücünü ildə 10 milyard kubmetrdən əlavə olaraq illik 1,2 milyard kubmetrə artırmaq barədə öhdəlik götürüb.

Daha əvvəl TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) "Report"a müsahibəsində bildirib ki, bu, genişləndirmə layihəsinin ilk mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyon avrodur. Bu mərhələ çərçivəsində Kipoidakı mövcud kompressor stansiyasına daha bir kompressor qurğusu əlavə edəcək və avadanlıq yenilənəcək.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur
20:29
Kursk yaxınlığında iki sərhəd bölgəsinin sakinləri təxliyə edilir
20:07
Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişi tərəfdaşlığın inkişafına təkan verəcək"
17:59
Kaluqa vilayətinin qubernatoru Bakıda əməkdaşlıq məsələlərini müzakirə edir
17:57
Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı artırılıb
17:56
Azərbaycan “Dubai Port World” ilə tranzit daşımaları əməkdaşlığını müzakirə edib
17:54
BRICS XİN başçıları sentyabrın sonunda Nyu-Yorkda danışıqlar aparacaqlar
17:51
Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq
17:50
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
17:48
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
17:42
Qazaxıstan və Almaniya arasında Birgə Bəyannamə imzalanıb
17:40
Azərbaycan Efiopiyaya un məmulatları ixrac edəcək
17:38
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib
17:37
İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi məsələsini öyrənirik
17:34
Azərbaycan Vyana Ticarət Palatasının turizm tədbirində təmsil olunub
17:30
Azərbaycan bir sıra ölkələrlə aqrar sahədə elmi əməkdaşlığı müzakirə edib
17:28
“AzərEnerji” “Yaşıl enerji”yə dair kompleks tədbirlərin icrasına başlayıb
17:27
Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb
17:07
Azərbaycan qazının Avropa və Türkiyəyə ixracı ilə bağlı bu il üçün proqnozlar açıqlanıb
17:03
Dövlət Xidməti: Kiberhücumların sayında kəskin artım müşahidə olunur
17:01