Koloniyaları Fransaya qarşı: siyasi hərəkatlardan anti-Azərbaycan isterikaya layiqli cavab - ŞƏRH
REGİONAL MƏTBUAT
17:33
10.09.2024
Baxılıb: 2580
Koloniyaları Fransaya qarşı: siyasi hərəkatlardan anti-Azərbaycan isterikaya layiqli cavab - ŞƏRH

Fransanın Azərbaycana qarşı isterikasına, nəhayət ki, layiqli cavab verilib. Azərbaycanda Fransa vətəndaşlarının "təqib edilməsi", hətta "həbs olunmaları" barədə Emmanuel Makron hakimiyyətinin cəfəng iddialarına beynəlxalq təşkilatlar, bu ölkənin müstəmləkə siyasətinə qarşı çıxan qurumlar adından bəyanat yayılıb.

 

Qeyd edək ki, rəsmi Parisin həmin bəyanatında Fransa vətəndaşlarına Azərbaycana səfərdən çəkinmək tövsiyə edilib. Rəsmi Bakı bu iddianı anti-Azərbaycan isterikanın bir hissəsi adlandırıb və buna sərt reaksiya verib.

 

İndi isə Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib. Bildirilib ki, Fransanın baş naziri hələ öz hökumətini formalaşdırmasa da, istefaya gedən daxili işlər nazirinin addımları və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı həyəcan xəbərdarlıqları heç kəsi çaşdırmır. Hökumətin növbəti addımı, şübhəsiz ki, "Fransa vətəndaşlarına" sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar "insan hüquqları", "insan və malların sərbəst hərəkəti" ilə ziddiyyət təşkil edir və tamamilə qeyri-qanuni olacaq”.

 

Sirr deyil ki, Fransanın bu isterikasının yalnız bir məqsədi var: Bakı Təşəbbüs Qrupunun Birləşmiş Millətlər Təşkilatı çərçivəsində ona Qoşulmama Hərəkatı tərəfindən verilmiş mandatı yerinə yetirməyə davam etməsinə yol verməmək. Bakı Təşəbbüs Qrupunun missiyası dünyada kolonializmə son qoymaqdır.

 

Qeyd edək ki, bəyanatı Fransa müstəmləkəsi altında olan ərazilərdəki 14 siyasi hərəkat rəhbəri imzalayıb.

 

 

Xatırladaq ki, bu ilin iyul ayında Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbərləri Bakıda Birinci Qurultaylarını keçirərək Fransa Koloniyalarının Azadlıq Cəbhəsini yaradıblar. Fransa və Niderlandın 17 koloniyasının səlahiyyətli rəsmiləri Azadlıq Cəbhəsinin yaradılması haqqında Yekun Bəyannaməni imzalayıblar. Həmçinin, iştirakçılar Cəbhənin nizamnaməsini təsdiqləyiblər.

 

Beləliklə, Parisdə uzun müddətdir ki davam edən fobiyalara tutarlı cavab verilib. Bu, bir daha Azərbaycanın apardığı fəaliyyətin düzgün istiqamətdə getdiyini göstərir. Bakı Təşəbbüs Qrupunun da bu istiqamətdə fəaliyyəti misilsizdir. Bu qrupun yaradılmasının özü Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlara böyük bir dəstək oldu. O xalqlar haqq səslərini bu qrupun vasitəçiliyi ilə dünyaya çatdırırlar. Bu baxımdan, onların bu yöndə fəaliyyətini yalnız alqışlamaq olar.

 

Tarix boyu Fransa bu xalqlara o qədər yaralar vurub ki, onlar hələ də qaysaq bağlamayıb. Fransa kiçik ada dövlətlərində yaşayan xalqları, toplumları illərdir ki əsarət altında saxlayır. Mərakeşdə, başqa Afrika ölkələrində etdiyi əməlləri indi daha çox ada dövlətlərində təkrarlayır. Elə ölkələr var ki, sözdə müstəqildirlər, amma özləri yenə də Fransanın təsiri altındadırlar. İllər ərzində Fransanın törətdiyi vəhşiliklər, istila və istismar siyasəti, sərgilədiyi müstəmləkəçilik davranışları bu xalqlara əziyyətdən, əzilməkdən başqa bir şey verməyib. Fransa elə bir dövlətdir ki, onun yürütdüyü müstəmləkəçilik siyasəti yalnız kiçik ada dövlətlərində yaşayan xalqlara deyil, bütün bəşəriyyətə, mütərəqqi cəmiyyətlərə ziyan vurur.

 

Fransanın özü və əlaltıları başqa xalqlara zülm etməyi dayandırmaq istəmirlər. Konkret olaraq Ermənistanın adını çəkə bilərik, uzun illər Fransadan dəstək alıb və Azərbaycan torpaqlarını 30 il işğalda saxlayıb, bu gün də revanşist siyasətindən əl çəkmir. Paris özü Avropanı, kiçik ada dövlətlərini, başqa ölkələri qarışdırır, əlaltısı Ermənistan da Cənubi Qafqazda pozuculuq etməkdə davam edir.

 

 

Fransanın tükürpədici cinayətlərini, hümanizmdən uzaq müstəmləkəçilik siyasətini Bakı Təşəbbüs Qrupu qədər dəqiq ifşa edən ikinci bir təşkilat yoxdur. Bakı Təşəbbüs Qrupunun keçirdiyi silsilə tədbirlər Fransanın müstəmləkəçilik siyasətinin ifşa edilməsində misilsiz rol oynayır. Bu tədbirlər nəticəsində dünyanın hər yerində Fransanın müstəmləkəçi bir dövlət olduğu, kiçik ada dövlətlərinin əhalisini zülm altında saxladığı duyulur. Bilməyənlər də bilir ki, XXI əsrdə, yeni dünyada Fransanın timsalında hələ də müstəmləkəçi dövlət mövcuddur. Bu tədbirlər təkcə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqlara dəstək deyil, həm də Fransanın özünün əsl simasının ifşa edilməsi üçün mühüm hadisədir.

 

Fransanın səsləndirdiyi iddialar içində o da var ki, guya vətəndaşları Azərbaycanda həbs olunur və saxlanılır. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı sərt və tutarlı olub. Bildirilib ki, Fransanın bu cür əsassız və qərəzli qərarları və bəyanatları bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşlarının əsassız olaraq saxlanması və həbs edilməsi ilə bağlı iddialarını əsassız sayılıb və reallığın təhrifi adlandırılıb. XİN xatırladıb ki, indiyədək Azərbaycanda Fransa Respublikasının yalnız iki vətəndaşı saxlanılıb. Onlar ötən il dekabrın 4-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinərək saxlanılan Martin Rayan və Bakı metropolitenində törətdiyi əməllərə görə saxlanılan katib Teo Hüqodur.

 

Azərbaycanla bağlı son təxribatçı təlqinlərin səbəbi bəllidir. Fransa müstəmləkəçiliyinin getdikcə artan qurbanları azadlıq və müstəqilliyə nail olmaq üçün ümidlərini Bakıya çeviriblər. Və belə görünür ki, Fransanın işğalı altında olan Mayot adasındakı vəziyyətlə bağlı Azərbaycanın paytaxtında beynəlxalq konfrans keçirildikdən sonra rəsmi Parisin məlum bəyanatının verilməsi təsadüfi deyil. Yəni bu xəbərdarlığı Yelisey sarayının xırda və ucuz “intiqamı” kimi qiymətləndirmək olar.

 

 

Axı məhz Azərbaycan Fransa müstəmləkələrinin məzlum xalqlarına ilk yardım əlini uzadıb, bütün beynəlxalq ictimaiyyətin diqqətini müasir dünyada yeri olmayan çirkin hadisələrə cəlb edib.

 

Fransa isə işğal etdiyi torpaqlarda törətdiyi cinayətləri etiraf etmək və öz günahını dərk edərək müstəmləkələşmiş ərazilərin yerli xalqlarının bir çox nəsillərinin başına gətirilən pisliyə görə üzr istəmək əvəzinə, qəzəbini Azərbaycandan çıxarmağa üstünlük verir.

 

O ki qaldı ikitərəfli münasibətlərdə artan gərginliyə, bu, ilk növbədə, Fransanın özünə heç bir xeyir verməyəcək!

Digər xəbərlər
SON XƏBƏRLƏR
Qəzza zolağında cəsədləri tapılan və dağıntılar altında qalanların sayı 43 mini keçə bilər
07:35
Senat Tramp administrasiyasına namizədləri tez bir zamanda təsdiq etmək niyyətindədir
07:32
Almaniyada kanslerin sözləri parlamentariləri güldürüb
07:30
Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq
07:29
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
07:28
İsrail ordusunun itkiləri 792 nəfərə çatıb
01:52
Ronaldinyo COP29 məkanında AZCHEMCO pavilyonunu ziyarət edib
01:51
Borrell Qərbi Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb
00:00
Polşanın şimalında ABŞ-nin raketdən müdafiə bazası açılıb
00:00
Trampın dörd əsas məsləhətçisinin adı açıqlanıb
00:00
Mark Rüttedən etiraf: Ukrayna Rusiya ilə cəbhədə məğlub olur
00:00
Daxili İşlər Nazirliyinin ciddi kadr problemlərinin olduğu göz qabağındadır
00:00
Türkiyə və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
00:00
Lavrov: Trampın gəlişi ABŞ-ın Ukraynadakı vəziyyətə münasibətini dəyişməyəcək
00:00
Senator Con Tun ABŞ Konqresinin yuxarı palatasında Respublikaçılar çoxluğun lideri seçilib
00:00
KİV: Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır
00:00
Azərbaycan və BYD elektrikli avtobus istehsalının lokallaşdırılmasına dair sənəd imzalayıb
16:25
Azərbaycan Prezidenti Fransanın dənizaşırı ərazilərdə törətdiyi cinayətlərdən danışıb
16:19
Bakı və İrəvan arasında danışıqlara töhfə vermək üçün fəal rol oynamağa hazırıq
15:53
Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) noyabrın 13-də Sammiti keçirilir
15:50