Avstriyada keçirilən ümumi seçkilərdə birinci olan FPÖ ilə koalisiya yarada biləcək partiya yoxdur. Prezident Van der Bellen siyasi dalana dirənməmək üçün tərəflərə bir həftə vaxt verib.
Sentyabrın 29-da Avstriyada keçirilən ümumi seçkilərdə ifrat sağçı Avstriya Azadlıq Partiyası (FPÖ) seçki qutusunda ilk partiya olaraq ortaya çıxdı. Bununla belə, prezident Alexander Van der Bellen heç bir partiya liderinə hökuməti qurmaq tapşırığını vermədiyini açıqlayıb. Van der Bellen, "Heç bir partiya seçkidən sonra FPÖ ilə koalisiya qurmaq istəmir. Qeyri-adi bir vəziyyətlə qarşı-qarşıyayıq" dedi.
FPÖ lideri Herbert Kickl, baş nazir vəzifəsi ona verilməsə, koalisiyaya qoşulmayacağını bildirdi. Van der Bellen üç böyük partiyanın liderlərini çıxılmaz vəziyyətdən çıxmaq üçün danışıqlara çağırıb və bu proses üçün bir həftə vaxt verib.
Avstriyada ümumi seçkilərin nəticələri belə olub:
FPÖ: 28,85 faiz
ÖVP: 26,27 faiz
SPÖ: 21,14 faiz