Süni intellektlə yazılan xəbərləri başa düşmək daha çətindir
REGİONAL MƏTBUAT
01:27
27.10.2024
Baxılıb: 1981
Süni intellektlə yazılan xəbərləri başa düşmək daha çətindir

Tədqiqatçılar müəyyən ediblər ki, süni intellektlə yazılan xəbərləri başa düşmək daha çətindir.

Almaniyanın Lüdviq Maksimilian Universitetinin alimləri tərəfindən aparılan araşdırma, jurnalistlərin yazdığı mətnlərlə süni intellekt tərəfindən hazırlanan mətnlərin anlaşılırlığını müqayisəli şəkildə araşdıran ilk tədqiqatdır.

Oktyabrın 22-də Jurnalistika: Nəzəriyyə, Təcrübə və Tənqid elmi jurnalında dərc olunan araşdırmada Böyük Britaniyanın internet saytlarında müntəzəm olaraq xəbərləri oxuyan ən azı 3000 insan iştirak edib.

İştirakçılar yarısı süni intellekt, yarısı isə jurnalistlər tərəfindən yazılmış 24 mətndən birini qiymətləndiriblər.

Tədqiqatın aparıcı müəllifi Sina Thäsler-Kordonouri bildirir ki, oxucular süni intellektlə yazılmış xəbər mətnlərini daha az başa düşülən hesab edirlər.

Thäsler-Kordonouri deyir ki, bəzi süni intellekt mətnləri jurnalistlər tərəfindən düzəldilsə də, nəticə dəyişməyib.

Bildirilir ki, süni intellektlə hazırlanan mətnlərin daha çətin başa düşülməsinin səbəblərindən biri də söz seçimidir. Oxucuların bu mətnlərdə çətin başa düşülən söz və ifadələrlə qarşılaşmasının mənfi nəticələri olduğu bildirilir.

İştirakçıların süni intellektlə hazırlanan mətnlərdə rəqəmlərin və məlumatların yaxşı işlədilməsini tapmadıqları da bildirilir.

Digər tərəfdən, oxucuların mətnlərdən axıcılığı, quruluşu və üslubu baxımından razı qaldığı bildirilir.

Tədqiqat layihəsini aparan professor Neil Thurman deyir ki, jurnalistlər və texnologiya mütəxəssisləri məlumatların təqdim olunma tərzinə diqqət yetirməli, süni intellektlə dəstəklənən mətnlər yaratarkən anlaşılmaz sözlərdən istifadə etməməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Yüksələn dalğa: influenser marketinq
13:36
İnfluenser kimdir və kimlər influenser ola bilər?
13:31
"Halal sənayenin inkişafında texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməlidir"
16:13
Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib
16:11
Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır
16:09
ABŞ Tayvana 385 milyon dollarlıq silah satışını təsdiqləyib
16:07
Naməlum təyyarələr Suriyanın Homs əyalətinə hava zərbələri endirib
16:04
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti artaraq 75,37 ABŞ dolları təşkil edib
16:02
“Equinor” AÇG və BTC layihələrindəki paylarının SOCAR və “ONGC Videsh Limited”ə satışını yekunlaşdırıb
16:01
DİN: Tbilisidə etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb
15:59
Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb
13:22
Donald Tramp ölkənin əsas düşməninin Venesuelalının “Tren de Araqua” bandası olduğunu bildirib
13:13
Kim Çen In: Pxenyan həmişə Moskvanın yanında olacaq
12:56
Kanadanın büdcə kəsiri təxminən 10 milyard dollara yüksəlib
12:54
Zelenski işğalda olan ərazilərin dərhal qaytarmadan münaqişəni dayandırmağa hazırdır
12:30
Azərbaycan İsveç ilə IOTA çərçivəsində birgə fəaliyyətin prioritet istiqamətlərini müzakirə edib
20:28
Baltik dənizinin Finlandiya akvatoriyasında NATO təlimləri keçirilib
20:25
Vəkillər Kollegiyasının sədri formal vəkillik və nöqsanları büro rəhbərlərinin nəzərinə çatdırıb
20:22
Suriyada üsyançılar Hələbə daxil olub
20:21
Deputat: Erməni lobbisinin marionetinə çevrilmiş Fransa Ermənistanın əli ilə bölgədə öz arzularını həyata keçi
15:13