BMT Təhlükəsizlik Şurasında (TŞ) üzv ölkələrin nümayəndələri İsrailin dünya təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini qadağan edən qanunu pislənib.
TŞ-də keçirilən xüsusi sessiyaya sədrlik edən İsveçrənin xarici işlər naziri İqnatsio Kassis BMT TŞ-nin qəbul etdiyi qərarların yerinə yetirilməməsini bildirib.
Nazir TŞ-nin qərarlarının təsirsiz olduğunu deyib: “Biz Qəzzada münaqişədən çıxış yolu tapmalıyıq: Qəzzaya humanitar yardımları artırılmalı, dağıntılar və zorakılığa son verilməlidir. Biz İsrail parlamentində qəbul edilmiş UNRWA-in fəaliyyətinin dayandırılması isə bağlı qərarı pisləyirik və BMT qurumlarına və onların səlahiyyətlərinə qarşı birtərəfli addımları rədd edirik”.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild UNRWA ilə bağlı qanundan narahatlıq duyduğunu vurğulayıb: “Bu otaqda nə qədər insan aclıqdan ölən bir uşağı seyr edib? Mən gördüm. ABŞ-nin İsrailin Cibaliya və ya başqa yerlərdə fələstinliləri aclıqdan öldürməsini qəbul etmirəm, İsrailin meydandakı fəaliyyəti onun sözləri ilə uyğun olmalıdır”. Qrinfild UNRWA-in yüzlərlə əməkdaşının HƏMAS-la heç bir əlaqəsinin olmadığını və onlara vəzifələrini yerinə yetirməsinə icazə verilməsinin vacib olduğunu deyib.
Qeyd edək ki, oktyabrın 28-də İsrail parlamenti UNRWA-in ölkə ərazisindəki fəaliyyətini qadağan edən qanunu təsdiqləyib.