Polşada prezident seçkilərinin tarixi 2025-ci il yanvarın əvvəlində məlum olacaq.
Bu barədə jurnalistlərə səsvermənin tarixini elan etmək vəzifəsi olan Seymin marşalı (spikeri - Qeyd) Şimon Holovniya bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərar katoliklərin Epifaniya bayramından (6 yanvar - Qeyd) dərhal sonra veriləcək. Bundan əlavə, siyasətçi qeyd edib ki, prezidentlik kampaniyasında iştirakına baxmayaraq, Seymdə öz funksiyalarını yerinə yetirməkdə davam edəcək.