İRİA: "Mygov" üzərindən 40-dan artıq məlumat və sənəd istifadəyə verilib
CƏMİYYƏT
18:43
17.09.2024
Baxılıb: 1971
İRİA:

Hazırda "mygov" üzərindən 40-dan artıq məlumat və sənəd istifadəyə verilib.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva deyib.

O bildirib ki, bunlardan 4-nün hüquqi əsası yaradılıb: "Bunlar ölüm haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə, nigah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsidir. Hazırda demək olar ki, bütün xidmətlər "mygov" üzərindən təqdim edilir. Amma biz onları maksimum olaraq vətəndaşyönümlü etməyə çalışırıq. Məsələn, bu gün hər hansı vətəndaşın övladı dünyaya gəlibsə, o, prosesin əvvəlindən sonuna qədər rəqəmsallaşdırılmış formada, yəni dövlət qurumlarına getmədən və ya platformadan platformaya keçid etmədən lazımi xidməti ala biləcək. Bu, artıq 3 həyat hadisəsi, yəni ölüm, doğum və nikah hadisələri üçün mümkündür. Nikahda bu, tam rəqəmsal olmayacaq və şəxs mütləq gedib fiziki olaraq da prosesdə iştirak etməlidir”.

İ.Vəliyeva qeyd edib ki, ümumilikdə 11 həyat hadisəsi var və hər birinin 2026-cı ilin sonuna qədər rəqəmsallaşdırılması planlaşdırılır: “Fiziki iştirakın daha çox olduğu xidmətlər təqdim edən bir çox dövlət qurumu var ki, biz bunları "mygov"da maksimum asanlaşdırmağa hazırlaşırıq. Həmin qurumlarla yol xəritəsi hazırlamışıq və bununla da rəqəmsallaşdıracağımız xidmətləri, onların ardıcıllığını müəyyən edirik”.

Tətbiqə daxil olarkən səhv və ya əskik məlumatların aradan qaldırılması üçün datanın təmizləndiyini də diqqətə çatdıran İdarə Heyətinin sədri bunların aradan qaldırılması üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanda hərracların təşkili ilə bağlı yenilənmiş platforma istifadəyə verilib
13:48
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib
13:45
Bakıda strateji əhəmiyyətli yük stansiyası əsaslı təmir edilib
13:44
Bakıda daha 20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib
13:41
Araik Arutyunyan: İrəvan və Bakı arasında sülh sazişinin bütün bəndlərinin razılaşdırılması imkanı var
13:39
MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək
13:36
Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
13:32
Qızılın qiyməti tarixdə ilk dəfə olaraq 1 unsiya üçün 2 800 dolları ötüb
13:30
Bakıda yeni park
13:28
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10