Fiziki şəxsin vergi uçotuna alınması qaydası
İQTİSADİYYAT
22:45
09.03.2024
Baxılıb: 5119
Fiziki şəxsin vergi uçotuna alınması qaydası

Fiziki şəxsin vergi uçotuna alınması ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət (Bakı şəhərində və ASAN xidmət mərkəzləri yerləşdiyi inzibati ərazi vahidlərində yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan Muxtar Respublikası DVX-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ASAN xidmət mərkəzlərində həyata keçirilir. 

Fiziki şəxsin vergi uçotuna alınması üçün aşaıdakı sənədlərə ehtiyac var. 

"Fiziki şəxsin uçotu haqqında ərizə"

• Şəxsiyyəti təsdiq edən sənədin (AR vətəndaşları üçün - şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün - AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi, qaçqın vəsiqəsi) surəti;

• Ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə notariat qaydasında təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədin surəti

• 18 yaşına (16 yaşına çatmayanlara VÖEN verilmir) çatmamış şəxslər üçün ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi, valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarı

• "Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat" (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə)

• Torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və "Torpaq sahəsinin planı və ölçüsü"nün surəti (torpaq mülkiyyətçilərinə münasibətdə)

• Bələdiyyə orqanlarında uçota götürülməsi barədə onun başçısına və ailə üzvlərinə verilən vəsiqənin surəti (ailə kəndi təsərrüfatının başçısına münasibətdə) 

Xidmət istifadəçiləri xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edə bilər. Müraciətlər qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Sturktur bölmədə müraciətlə bağlı müvafiq araşdırma aparılır. Təqdim olunmuş sənədlərdə imtina üçün əsas olan çatışmamazlıqlar aşkar edildiyi halda müraciətin icrasından imtina edilir və onların aradan qaldırılması barədə istifadəçiyə məlumat verilir.

 

Qeydiyyatdan imtina halları aşkar edilmədikdə, o cümlədən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təkrar müraciət edilən zaman imtina halları aşkar edilmədikdə Fiziki şəxsin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilir, ona 10 rəqəmli vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) və Nəzarət kitabçası verilir. İstifadəçi ərizəni elektron şəkildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının (e-taxes.gov.az) "Onlayn Kargüzarlıq və e-VHF" bölümü üzərindən təqdim edə bilər. Bu zaman ərizədə olan məlumatlar sistemə daxil edilib gücləndirilmiş elektron imzadan istifadə olunmaqla imzalandığı andan fiziki şəxsə vergi uçotuna götürülərək ona 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir.

 

Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin və Nəzarət kitabçasının kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:28
Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub
11:27
Estoniya “Rail Baltic” layihəsinin maliyyələşdirilməsinə 200 milyon avro ayıracaq
09:29
İsrail ordusu: Livandan 5 raket atılıb
09:28
ABŞ Rumıniyaya F-35 qırıcılarının satışını təsdiqləyib
09:27
Dövlət Departamenti Yaponiyaya yanacaqdoldurma təyyarələrinin satışını təsdiqləyib
09:24
NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
09:23
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 39 şübhəli saxlanılıb
09:21
Reuters: Aİ Rusiyaya qarşı sanksiyaların uzadılması yollarını nəzərdən keçirir
00:45
Ulduzlararası səyahətin qapısı 2025-ci ildə Artemida ilə açılır
23:13
Türk həkimlərin ixtirası beyin şişi olan xəstələrin ömrünün proqnozlaşdırılmasını asanlaşdıra bilər
23:05
TCG Alemdar Norveçdə DYNAMIC MONARCH-24 təlimində iştirak edəcək
23:00
Çexiyada quş qripi epidemiyası qeydə alınıb
22:49
Serbiya gələn il hərbi çağırışı bərpa etməyi planlaşdırır
22:47
Ukraynaya “Patriot” kompleksi üçün radar verilib
22:33
Ermənistanda Robert Koçaryana qarşı iş bərpa edilib
22:31
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi heç-heçə edib
22:29
Reuters: Rusiya dronları üçün Çindən gələn mühərriklərdən istifadə edir
22:25
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı 4 nəfərə çatıb
22:21
Zelenski: Rusiya noyabrda keçiriləcək yeni sülh sammitinə dəvət olunacaq
22:19