Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, Belarusun baş dövlət sanitar həkimi Aleksandr Tarasenko “Ararat brendi fabriki”nin məhsullarının idxalını və satışını qadağan edib.
Qurumdan verilən məlumata görə “Ararat Brendi Fabriki” MMC-nin məhsulunda “uyğunsuzluğun aşkar edilməsi ilə əlaqədar” bu məhsulun idxalı, saxlanması, daşınması, satışı və istifadəsi qadağandır. Qadağaya əsas səbəb kimi isə məhsulda boyanın aşkarlanması göstərilir. Hazırda bazarda olan məhsulların da yığışdırılması və məhv edilməsi nəzərdə tutulur.