Azərbaycan və Moldova gömrük xidməti əməkdaşları arasında görüş keçirilib
İQTİSADİYYAT
21:30
09.04.2024
Baxılıb: 2018
Azərbaycan və Moldova gömrük xidməti əməkdaşları arasında görüş keçirilib

8-9 aprel tarixlərində Dövlət Gömrük Komitəsi və Moldova Gömrük Xidməti əməkdaşları arasında onlayn formatda görüş keçirilib. Görüş gömrük işinin müxtəlif sahələrində əldə edilən qabaqcıl təcrübələrin öyrənilməsi, fikir mübadiləsinin aparılması  məqsədilə təşkil olunub.

 

Görüşdə Moldova Gömrük Xidmətinin əməkdaşları Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), gömrük ekspertizasının aparılması, gömrük həlləri sistemləri, əməliyyat-istintaq fəaliyyəti sahəsində əldə etdikləri təcrübələrə dair təqdimatlarla çıxış edib, mövzularla bağlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Digər xəbərlər