Əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclası olub
İQTİSADİYYAT
10:34
01.10.2024
Baxılıb: 869
Əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclası olub

Energetika Nazirliyində işğaldan azad edilmiş ərazilərdə "yaşıl texnologiya"ların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

İşçi Qrupunun sədri, nazir Pərviz Şahbazov Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonası yaradılması istiqamətində əhəmiyyətli addımların atıldığını vurğulayıb və bu sahədə qarşıya qoyulan strateji hədəflərə diqqət çəkib.

Sonra iclasın gündəliyinə uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində görülmüş işlərlə bağlı məruzələr, həmçinin İşçi Qrupun 6-cı iclasında qəbul edilmiş qərarların ötən dövr ərzində icrasına dair hesabat təqdim edilib.

İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə aparılmış monitorinqlərin nəticəsinə dair hesabat dinlənilib.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə çoxmənzilli yaşayış binalarında istilik təchizatı, fərdi və ya mərkəzi istilik sistemlərinin tətbiqinə dair yanaşmalar barədə məlumatlar diqqətə çatdırılıb.

Bərpa edilən şəhər, rayon, qəsəbə və kəndlərdə damüstü günəş panellərinin tətbiqi, sayğaclaşma və elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üzrə təkliflər nəzərdən keçirilib.

Sonda müzakirə olunmuş məsələlər üzrə hesabatların nəzərə alınması, işğaldan azad edilmiş ərazilərdə aparılan monitorinqlər zamanı qarşıya çıxan çatışmazlıqların qısa müddətdə aradan qaldırılması, monitorinqlərin icra qrafikinə uyğun olaraq və aidiyyəti qurumların nümayəndələrinin də istirakı ilə həyata keçirilməsi razılaşdırılıb.

İclasda işçi qrupuna daxil olan dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin, Bərpa Tikinti və İdarəetmə Xidmətlərinin, eləcə də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin, “Azəristiliktəchizat” ASC və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun nümayəndələri iş tirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanda hərracların təşkili ilə bağlı yenilənmiş platforma istifadəyə verilib
13:48
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib
13:45
Bakıda strateji əhəmiyyətli yük stansiyası əsaslı təmir edilib
13:44
Bakıda daha 20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib
13:41
Araik Arutyunyan: İrəvan və Bakı arasında sülh sazişinin bütün bəndlərinin razılaşdırılması imkanı var
13:39
MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək
13:36
Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
13:32
Qızılın qiyməti tarixdə ilk dəfə olaraq 1 unsiya üçün 2 800 dolları ötüb
13:30
Bakıda yeni park
13:28
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10