Şahin Mustafayev: Bakı enerji sahəsində Daşkəndlə əməkdaşlıq üçün böyük perspektivlər görür
İQTİSADİYYAT
22:34
02.10.2024
Baxılıb: 561
Şahin Mustafayev: Bakı enerji sahəsində Daşkəndlə əməkdaşlıq üçün böyük perspektivlər görür

Azərbaycan Özbəkistanla əməkdaşlığın daha da genişlənəcəyinə əmindir və enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi üçün böyük perspektivlər görür.

“Report” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Bakıda Özbəkistan Respublikasının müstəqilliyinin 33 illiyinə həsr olunmuş tədbirdə deyib.

“Dövlət başçıları arasında şəxsi etimad və daimi təmaslar ikitərəfli münasibətlərin bütün sahələrdə möhkəmlənməsini və dərinləşməsini təmin edən əsas amillərdəndir. Ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq əlaqələrimizin əsas prioritetlərindən biridir”, - o bildirib.

Ş.Mustafayev qeyd edib ki, bu ilin ilk 7 ayı ərzində Özbəkistanla qarşılıqlı ticarət dövriyyəsi 28 % artaraq 135,4 milyon ABŞ dolları təşkil edib.

Onun sözlərinə görə, dövlət başçılarının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, hökumətlər bu istiqamətdə zəngin potensialın reallaşdırılması üçün ardıcıl səylər göstərirlər.

“Bu ilin avqustunda prezidentlərin hər iki ölkənin biznes strukturlarının nümayəndələri ilə görüşü xüsusi diqqət çəkir. Eyni zamanda bir müddət əvvəl yaradılmış və nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Birgə İnvestisiya Fondu da bu məqsədlərə sərmayə yatırır”, - nazir söyləyib.

O, həmçinin Azərbaycanın Özbəkistanla nəqliyyat və tranzit sahəsində əlaqələrin inkişafına böyük önəm verdiyini, yük axınının artırılması ilə bağlı dövlət başçıları səviyyəsində əldə olunan razılaşmaların hər iki tərəf üçün yol xəritəsi olduğunu qeyd edib.

“2024-cü ilin birinci yarısında Azərbaycan və Özbəkistan arasında tranzit daşımaların həcmi 624 min ton təşkil edib ki, bu da ötən illə müqayisədə 37 % çoxdur. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması ölkələrimiz arasında tranzit daşımaların imkanlarının və həcminin artırılmasına gətirib çıxarır”, - Baş nazirin müavini vurğulayıb.

Ş.Mustafayev iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığa toxunub: “Azərbaycan bu sahədə Özbəkistanla uğurlu birgə fəaliyyət üçün böyük perspektivlər görür. Ötən il ölkələrimiz arasında Enerji Tərəfdaşlığı üzrə yeni Yol Xəritəsi imzalanıb. Bu sənəd “yaşıl” texnologiyalara keçid və enerji resurslarından səmərəli istifadə də daxil olmaqla əməkdaşlığımızın geniş spektrini əhatə edir. Biz artıq “yaşıl” istiqamətin həyata keçirilməsi üzərində fəal işləyirik. Əminəm ki, birgə fəaliyyət bu sahədə əməkdaşlığımızı gücləndirəcək”.

O əlavə edib ki, Bakı mədəni-humanitar sahədə əməkdaşlığın inkişafına da böyük diqqət yetirir.

“Dövlət başçılarının müdrik rəhbərliyi ilə Azərbaycan-Özbəkistan münasibətlərinin maliyyə sahəsində dərinləşməsinin və əməkdaşlığımızın genişləndirilməsinin bundan sonra da qardaş ölkələrimizin mənafelərinə xidmət edəcəyinə əminliyimi bildirmək istərdim”, - Ş.Mustafayev fikrini tamamlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
HƏMAS lideri Yəhya Sinvar necə öldürülüb?
09:51
Fransada daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib
09:29
Aİ sammiti: Gürcüstanın quruma qəbul prosesi faktiki dayandırılıb
09:28
Bayden Netanyahunu HƏMAS rəhbərinin zərərsizləşdirilməsi münasibətilə təbrik edib
09:26
Türkiyə, Rumıniya, Bolqarıstan arasında hərbi mobillik dəhlizi yaradılacaq
09:25
Ukrayna PUA istehsalını 10 dəfə artırıb
09:21
Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək
09:20
Bayden Blinkeni İsrailə göndərəcək
09:18
Bundestaq Bundesverin İraqdakı missiyasının mandatını daha 15 ay uzadıb
09:15
Almaniya Ukraynaya AIM-9L raketləri verəcək
09:13
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
09:11
Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan işğalından azad edilməsinin ildönümüdür
09:09
Azərbaycanın şirkətlər qrupu "GL Group" Türkiyədə təbii qazın işlənməsi layihəsindən 25 % pay alıb
09:06
Gəncədə partlayışın olduğu binada dağıntı altından 4 nəfər sağ çıxarılıb, ölənlər var
09:04
“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb
08:58
Artemida III Ay missiyası üçün hazırlanmış yeni skafandrlar təqdim edildi
08:53
Ayın qaranlıq tərəfinin altında kəşf edilən sirli maqma strukturları
08:49
Məsuliyyətli Sosial Media İnfluencerləri Təlim Proqramı başlayır
08:46
Türkiyə 2026-cı ildə kosmos konfransına ev sahibliyi edəcək
00:00
Günəşdə nə baş verir?
00:00