Dünya Bankı Azərbaycanın enerji səmərəliliyinin artırılması nəticəsində əldə edəcəyi gəlirləri açıqlayıb
İQTİSADİYYAT
18:40
10.10.2024
Baxılıb: 294
Dünya Bankı Azərbaycanın enerji səmərəliliyinin artırılması nəticəsində əldə edəcəyi gəlirləri açıqlayıb

Azərbaycanda ictimai binalarda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi hazırda elektrik enerjisi istehsalı üçün sərf edilən əlavə təbii qaz həcmlərinin ixracı hesabına ölkəyə ildə 509 milyon ABŞ dolları gəlir gətirə bilər.

"Report" xəbər verir ki, bunu Dünya Bankının energetika üzrə baş mütəxəssisi Yasemin Orucu Azərbaycanda enerji səmərəliliyinin artırılması tədbirləri ilə bağlı təqdimatında deyib.

“İctimai binalarda enerji səmərəliliyinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi hesabına Azərbaycanın elektrik enerjisinə qənaət üçün texniki potensialı istehlakın 50 %-ni təşkil edir ki, bu da enerji təchizatı xərclərinə ildə 154 milyon ABŞ dollarına qədər qənaət etməyə imkan verəcək”, – o bildirib.

Baş mütəxəssis qeyd edib ki, söhbət ümumi sahəsi 40 milyon kvadratmetr olan 45 min ictimai binanın enerji səmərəliliyinin artırılmasından gedir.

“Biz yaşayış sektorunda binaların enerji səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlamağı və onların əhatə dairəsini tədricən digər sektorlarda da genişləndirməyi təklif edirik. Bizim qiymətləndirmələrimizə görə, ictimai binalarda enerji səmərəliliyi tədbirləri sayəsində illik ümumi enerji istehlakının 0,9 %-dən 3,1 %-nə qədər enerjiyə qənaət etmək mümkün ola bilər. Bu da öz növbəsində ildə əlavə 644 milyon kubmetr təbii qazın (hazırda elektrik enerjisi istehsalı üçün sərf olunur) ixracını və 509 milyon ABŞ dollarına qədər əlavə gəliri təmin edə bilər”, - o bildirib.

Y.Orucu qeyd edib ki, bu tədbirlərin həyata keçirilməsinə pilot layihələrdən başlamaq olar.

“Hökumətin bu istiqamətdə görəcəyi çox işlər var. Ölkədə Enerji Səmərəliliyi Fondunun yaradılmasını tövsiyə edirik. Bundan başqa, enerjiyə qənaət edən avadanlıqların əlçatanlığı məsələsi də həll edilməlidir”, - o əlavə edib.

Baş mütəxəssis onu da qeyd edib ki, Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi (binaların izolyasiyası və səmərəli istilik cihazlarının istifadəsi) 2060-cı ilə qədər xalis sıfır emissiyası ssenarisi çərçivəsində 2050-ci ildə yaşayış sektorunda binaların isidilməsi və soyudulması üçün enerji tələbatını 60 %-dən çox azalda bilər.

Onun sözlərinə görə, 2030-cu ilə qədər yekun tələbin %, 2050-ci ilə qədər isə 15 % azalmasına nail olmaq üçün elektrik enerjisinin bütün son istehlak sektorlarında enerji səmərəliliyinin artırılması siyasəti tətbiq edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
HƏMAS lideri Yəhya Sinvar necə öldürülüb?
09:51
Fransada daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib
09:29
Aİ sammiti: Gürcüstanın quruma qəbul prosesi faktiki dayandırılıb
09:28
Bayden Netanyahunu HƏMAS rəhbərinin zərərsizləşdirilməsi münasibətilə təbrik edib
09:26
Türkiyə, Rumıniya, Bolqarıstan arasında hərbi mobillik dəhlizi yaradılacaq
09:25
Ukrayna PUA istehsalını 10 dəfə artırıb
09:21
Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək
09:20
Bayden Blinkeni İsrailə göndərəcək
09:18
Bundestaq Bundesverin İraqdakı missiyasının mandatını daha 15 ay uzadıb
09:15
Almaniya Ukraynaya AIM-9L raketləri verəcək
09:13
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
09:11
Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan işğalından azad edilməsinin ildönümüdür
09:09
Azərbaycanın şirkətlər qrupu "GL Group" Türkiyədə təbii qazın işlənməsi layihəsindən 25 % pay alıb
09:06
Gəncədə partlayışın olduğu binada dağıntı altından 4 nəfər sağ çıxarılıb, ölənlər var
09:04
“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb
08:58
Artemida III Ay missiyası üçün hazırlanmış yeni skafandrlar təqdim edildi
08:53
Ayın qaranlıq tərəfinin altında kəşf edilən sirli maqma strukturları
08:49
Məsuliyyətli Sosial Media İnfluencerləri Təlim Proqramı başlayır
08:46
Türkiyə 2026-cı ildə kosmos konfransına ev sahibliyi edəcək
00:00
Günəşdə nə baş verir?
00:00