İndoneziya BRICS-ə qoşulmaq niyyətindədir.
Rusiya KİV-i xəbər verir ki, bu barədə İndoneziya Xarici İşlər Nazirliyinin Kazanda keçirilən BRICS sammitində iştirakının yekunlarına dair bəyanatında bildirilib.
“BRICS-ə qoşulmaq İndoneziyanın tərəf seçdiyini deyil, inkişaf etmiş və etməkdə olan ölkələr arasında körpü kimi mövqeyini möhkəmləndirdiyini və Qlobal Cənubda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, enerji dayanıqlılığı və yoxsulluğun azaldılmasına sadiq olduğunu göstərir. İndoneziya G20 və G7 də daxil olmaqla müxtəlif forumlarda fəal iştirak etməyə davam edir”, - bəyanatda qeyd edilib.
O, həmçinin bildirib ki, İndoneziya “BRICS+” sammitində onu daha əhatəli və təmsil etmək üçün çoxtərəfli islahatlara ehtiyac olduğunu vurğulayıb.