Polşa 2025-ci ildə müdafiəyə rekord məbləğdə vəsait xərcləyəcək
HƏRBİ XƏBƏRLƏR
22:43
17.10.2024
Baxılıb: 39
Polşa 2025-ci ildə müdafiəyə rekord məbləğdə vəsait xərcləyəcək

Polşa parlamentinin Milli Müdafiə Komitəsi 47 milyard ABŞ dollarından çox məbləğdə olan 2025-ci il üçün müdafiə büdcəsi layihəsini təsdiqləyib ki, bu da ölkə ÜDM-nin 4,7 %-dən çoxunu təşkil edəcək.

“Report” xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi yanında Hərbi Nəşriyyat İnstitutu (Wojskowy Instytut Wydawniczy, WIW) məlumat yayıb.

“18 nəfər layihənin lehinə səs verib, 11 nəfər isə bitərəf qalıb, heç kim layihənin əleyhinə olmayıb. Bu, 2025-ci ilin büdcə layihəsinə müsbət rəy verilməsi ilə bağlı parlamentin Milli Müdafiə komitəsinin oktyabrın 17-də keçirdiyi səsvermənin nəticəsidir”, - məlumatda deyilir.

Milli müdafiə nazirinin müavini Stanislav Vzetek planlaşdırılmış xərcləri komissiya üzvlərinə təqdim edərkən nəzərdən keçirilən büdcənin rekord məbləğdə olduğunu vurğulayıb.

O xatırladıb ki, 2022 və 2023-cü illərdə müdafiəyə müvafiq olaraq 137,1 milyard zloti və 158,8 milyard zloti xərclənib. Vzentekin sözlərinə görə, gələn il üçün nəzərdə tutulan 186,6 milyard zlotıya (47,3 milyard ABŞ dolları - red.) dövlət büdcəsində nəzərdə tutulan və Silahlı Qüvvələrə Dəstək Fondunda ehtiyatda saxlanılan vəsaitlər aiddir və bütün bunlar ümumilikdə ölkə ÜDM-inin 4,7 %-ni təşkil edir.

“Bunlar Silahlı Qüvvələrin qarşısında duran vəzifələrlə bağlı əsas məqsəd və prioritetlərin həyata keçirilməsini təmin edəcək tədbirlərdir”, - nazir müavini vurğulayıb.

Qeyd edək ki, Polşanın 2024-cü il büdcəsində müdafiə xərcləri 118 milyard zloti (təxminən 29,9 milyard ABŞ dolları) məbləğində nəzərdə tutulub və bu, ÜDM-in 3,1 %-ni təşkil edir. Eyni zamanda, NATO-nun hesablamalarına görə, bu il ölkənin faktiki müdafiə xərcləri ölkə ÜDM-inin 4,12 %-ni təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
HƏMAS lideri Yəhya Sinvar necə öldürülüb?
09:51
Fransada daşqınlar səbəbindən minə yaxın insan təxliyə edilib
09:29
Aİ sammiti: Gürcüstanın quruma qəbul prosesi faktiki dayandırılıb
09:28
Bayden Netanyahunu HƏMAS rəhbərinin zərərsizləşdirilməsi münasibətilə təbrik edib
09:26
Türkiyə, Rumıniya, Bolqarıstan arasında hərbi mobillik dəhlizi yaradılacaq
09:25
Ukrayna PUA istehsalını 10 dəfə artırıb
09:21
Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək
09:20
Bayden Blinkeni İsrailə göndərəcək
09:18
Bundestaq Bundesverin İraqdakı missiyasının mandatını daha 15 ay uzadıb
09:15
Almaniya Ukraynaya AIM-9L raketləri verəcək
09:13
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
09:11
Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan işğalından azad edilməsinin ildönümüdür
09:09
Azərbaycanın şirkətlər qrupu "GL Group" Türkiyədə təbii qazın işlənməsi layihəsindən 25 % pay alıb
09:06
Gəncədə partlayışın olduğu binada dağıntı altından 4 nəfər sağ çıxarılıb, ölənlər var
09:04
“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb
08:58
Artemida III Ay missiyası üçün hazırlanmış yeni skafandrlar təqdim edildi
08:53
Ayın qaranlıq tərəfinin altında kəşf edilən sirli maqma strukturları
08:49
Məsuliyyətli Sosial Media İnfluencerləri Təlim Proqramı başlayır
08:46
Türkiyə 2026-cı ildə kosmos konfransına ev sahibliyi edəcək
00:00
Günəşdə nə baş verir?
00:00