Hərbi ekspert: İkinci Qarabağ Müharibəsində ən ağır döyüşlərdən biri də Yazı düzü istiqamətində olub
HƏRBİ XƏBƏRLƏR
09:20
25.10.2024
Baxılıb: 163
Hərbi ekspert: İkinci Qarabağ Müharibəsində ən ağır döyüşlərdən biri də Yazı düzü istiqamətində olub

Azərbaycan Ordusu Qubadlı rayonunda Ermənistan silahlı qüvvələrinin xeyli sayda silah-sursat və hərbi texnikasını ələ keçirib.

Bu sözləri "Report"un Qubadlıya ezam olunmuş əməkdaşına rayonun işğaldan azad olunmasının dördüncü ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkil etdiyi mediaturda hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsində ordumuz əsasən Araz çayı boyunca hərəkət edərək İranla sərhədimizi bərpa edib:

"Bundan sonra qarşıdakı hədəf Qubadlının işğaldan azad olunması idi. Düşmən 27 il ərzində burada möhkəmlənmişdi. Rayon ərazisində strateji əhəmiyyətə malik bir neçə yüksəklik var idi. Bu yüksəkliklərdən biri də Qartız dağıdır. Yüksəklik azad edildikdən sonra Qubadlı şəhərinin azad olunması istiqamətində əməliyyatlar başladıldı. İkinci Qarabağ Müharibəsində ən ağır döyüşlərdən biri də Yazı düzü istiqamətində olub. Düşmənin buradakı qüvvələrinə ciddi zərbələr endirilib".

Hərbi ekspertin sözlərinə görə, Qubadlı işğaldan azad olunduqdan sonra Laçın yolunun azad olunması istiqamətində hərəkətə keçilib. O bildirib ki, bundan sonra Şuşanın işğaldan azad olunması istiqamətində addımlar atılmağa başlayıb.

Qeyd edək ki, Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı rayonunu işğalçılardan azad edərək Azərbaycanın üçrəngli bayrağını həmin ərazilərdə dalğalandırıb.
Həmin vaxt Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10
Londonda 22 ton çeddar pendiri oğurlanıb
01:14
„Mənim işə getmək həvəsim yoxdur“ mübahisəsi
01:04
Belçikada proqram təminatı sənayesi daralır
01:02
Hollandiya noyabr ayından etibarən sərhəd nəzarətinə başlayacaq
00:57
Avstriyada silahlı hücum: Bələdiyyə sədri öldürüldü
00:55
Ermənilər Atatürkün büstünə etiraz ediblər
00:48
“Prezident hökuməti istefaya məcbur etməlidir”
00:43
“Türinqiyada minlərlə ifrat sağçı ekstremist var”
00:39
Aİ ölkələrində elektrik və təbii qaz qiymətləri artıb
00:28