Növbəti toqquşma həlledici ola bilər.
HƏRBİ XƏBƏRLƏR
21:37
29.10.2024
Baxılıb: 169
Növbəti toqquşma həlledici ola bilər.
 
Nazim Bayram Feysbuk səhifəsində İran-İsrail savaşı haqqında təhlil paylaşıb.
Olduğu kimi təqdim edirik:
 
Sözardı
İsrail təyyarələri Suriya və İraq səmasından(İran hüdudlarına girmədən) təxminən 1600 km məsafədən İranın bir neçə S-300 havadan müdafiə kompleksinin radiolokasiya stansiyalarını yüksəkdəqiqli zərbələrlə vurmuşlar.
Peyk-fotolar İranın havadan və raket hücümundan müdafiəsinin köhnəlmiş və zəif olduğu barədə geniş yayılan fikri təsdiq elədi.
Keçən dəfə bölüşdüyümüz qənaətlər özünü doğruldur.
Zərbə seriyasının davamı gözlənmir.
İran havadan müdafiəyə xərclərini artıracağını artıq elan elədi.
İsrail İrandakı hədəfləri vurmağa qadir olmasını nümayişlə bərabər ballistik raketlərdən müdafiəsinə xüsusi diqqət ayıracaq.
Ancaq artıq real gördük ki, genişmiqyaslı intensiv hava-raket münaqişəsində kütləvi yaylım atəşində istifadə olunan raket sayı havadan müdafiənin imkanlarını sayca həmişə aşacaq və vurulmayan hücum raketləri müdafiəni yaracaqlar.
Ballistik və başqa raketlərin kütləvi zərbəsi qarşısında havadan müdafiə sistemlərinin real effektivliyi əhəmiyətini itirir- kəmiyyət keyfiyəti basır.
Real müharibədə bu özünü belə göstərə bilər ki, İsrail(indi iddia elədiyi kimi) İranın bütün əsas radiolokasiya qurğularını vursun, sonra ikinci dalğa təyyarələr İrandakı hədəfləri vurmağa qalxsın, lakin hədəfləri vurub qayıdana kimi İran İsrailin aerodrom infrastrukturunu sıradan çıxartmış olsun, qonub yenidən sursat yükləməyə yer tapmasınlar. Ssenarilər birmənalı deyil.
Futbolda bəzən ənənəvi yaxşı yığmalar çempionata zəif müdafiə xətti ilə çıxırlar. Güclü müdafiə xətti yarada bilməyən baş məşqçi strategiyanı hücum üzərində qurur ki, komanda qol buraxsa da, özü daha çox qol vurub, hesabı xeyrinə dəyişsin.
Bənzər strategiya ilə İran İsraillə qarşılıqlı hava təhdidlərində bərabərlik yaratdı.
Hər iki tərəf “buraxsalar da, vurmağı” bacardıqlarını göstərdilər, biri kütləvi, digəri yüksəkdəqiqli zərbələrlə.
Növbəti toqquşma həlledici ola bilər.
 
Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10
Londonda 22 ton çeddar pendiri oğurlanıb
01:14
„Mənim işə getmək həvəsim yoxdur“ mübahisəsi
01:04
Belçikada proqram təminatı sənayesi daralır
01:02
Hollandiya noyabr ayından etibarən sərhəd nəzarətinə başlayacaq
00:57
Avstriyada silahlı hücum: Bələdiyyə sədri öldürüldü
00:55
Ermənilər Atatürkün büstünə etiraz ediblər
00:48
“Prezident hökuməti istefaya məcbur etməlidir”
00:43
“Türinqiyada minlərlə ifrat sağçı ekstremist var”
00:39
Aİ ölkələrində elektrik və təbii qaz qiymətləri artıb
00:28