Qarabağda daha bir silah anbarı tapılıb
SİYASƏT
14:37
26.12.2023
Baxılıb: 4895
Qarabağda daha bir silah anbarı tapılıb

Qarabağda, Ortakənd yaşayış məntəqəsində yerləşən və vaxtilə separatçılar tərəfindən silah-sursat anbarı kimi istifadə olunmuş mülki təyinatlı obyektə baxış keçirilən zaman içərisində xeyli sayda müxtəlif növ mina, kustar üsulla hazırlanmış əldəqayırma partlayıcı qurğu və çoxlu sayda digər döyüş sursatları aşkar edilib.

 

Qeyd etmək lazımdır ki, bir günlük anti-terror əməliyyatından sonra Azərbaycan ordusunun azad etdiyi ərazilərdə çoxlu sayda silah anbarları aşkar edilib.

Digər xəbərlər