Avropa Birliyinin xarici siyasət rəhbəri Josep Borrell, Avropanı müdafiə sənayesini gücləndirməyə və mümkün təhlükələrə hazır olmaq üçün hərbi ehtiyatını artırmağa çağırıb.
Borel, Ukraynanı misal gətirərək, Qərbin və xüsusilə də ABŞ-ın hərbi texnika təchizatına çox güvəndiyini bildirib. Borel bildirib ki, Ukraynada İki il davam edən yüksək intensivlikli müharibədən sonra Qərbin mövcud təchizat tükənib və hazırda müharibə münaqişə təchizat müharibəsindən istehsal müharibəsinə çevrilib.
Borelin açıqlamasından bir gün əvvəl Amerikanın CNN telekanalı xəbər vermişdi ki, NATO-nun hesablamalarına görə, Rusiya hazırda ABŞ və Aİ-nin birgə istehsalından üç dəfə çox artilleriya və silah sursat istehsal edir.