Paşinyan müdafiə nazirinin işdən çıxarma səbəblərini açıqlayıb
SİYASƏT
18:27
12.03.2024
Baxılıb: 2263
Paşinyan müdafiə nazirinin işdən çıxarma səbəblərini açıqlayıb

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında keçmiş müdafiə naziri Arşak Karapetyanın işdən çıxma səbəbləri haqqında danışıb.

 

Paşinyan bildirib ki, 2021-ci il noyabrın 14-də səhər saatlarında Arşak Karapetyan mənə məlumat verdi ki, sərhəd boyunca hər şey sakit və dincdir, halbuki həmin vaxt Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin idi və  Azərbaycan qoşunları bəzi bölgələrdə nəzarəti ələ almışdı. 

 

Paşinyan əlavə edib ki, belə başa düşdüm ki, müdafiə naziri kimi onun ya bundan xəbəri olmayıb, ya da bilib lakin mənə hesabat verməyib. Belə olan halda istənilən şəxsin o vəzifədə yarım saat belə qalmasına dözə bilməzdim. 

 

Digər xəbərlər