Azərbaycan Təhsil İnstitutunda yeni təyinatlar olub
REGİONAL MƏTBUAT
11:50
26.08.2024
Baxılıb: 1960
Azərbaycan Təhsil İnstitutunda yeni təyinatlar olub

Azərbaycan Təhsil İnstitutunda yeni təyinatlar olub

Elm və təhsil

26 Avqust , 2024 11:46

Azərbaycan Təhsil İnstitutunda yeni təyinatlar olub.

 

"Report" xəbər verir ki, Ümumi şöbənin müdiri Kənan Kərimli direktor müavini, Layihələrin təşkili və idarə edilməsi şöbəsinin müdiri İbrahim Baxışlı isə Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinə direktor təyin olunub.

 

Kənan Kərimli 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib.

 

2006-2008-cu illərdə “Nobel OiL” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialında inzibati işlər üzrə köməkçi, 2008-2009-cu illərdə “3A” MMC-nin Korporativ əlaqələr və Hüquq Departamentində, 2009-2012-ci illərdə isə “Azərinşaatsevris” MMC-də ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində fəaliyyət göstərib.

 

Kənan Kərimli 2012-2017-ci illərdə “Azərinşaatsevris” MMC, “Azercon” ASC, “ADY Ekspress” MMC və “Astaraçay” MMC kimi şirkətlərdə şöbə müdiri vəzifəsində çalışıb, 2017-ci ildən yeni vəzifəyə təyin edilənədək Azərbaycan Respublikasının Təhsil İnstitutunda İnformasiya şöbəsinin, daha sonra isə Ümumi şöbənin müdiri vəzifələrini icra edib.

 

2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.

 

İbrahim Baxışlı 2010-2015-ci illərdə Bakı Mühəndislik Universitetinin maliyyə ixtisası üzrə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2017-2019-cu illərdə ABŞ-ın Lindenwood Universitetində MBA proqramında təhsil alıb.

 

2016-2017-ci illərdə “Capital Motors” MMC-də maliyyə mütəxəssisi, 2019-cu ildə “Nəzarət Ölçü Cihazları və Avtomatika” MMC-də analitik, 2020-2021-ci illərdə “Azgranata” MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri, 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyində böyük elmi işçi vəzifələrində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanda hərracların təşkili ilə bağlı yenilənmiş platforma istifadəyə verilib
13:48
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib
13:45
Bakıda strateji əhəmiyyətli yük stansiyası əsaslı təmir edilib
13:44
Bakıda daha 20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib
13:41
Araik Arutyunyan: İrəvan və Bakı arasında sülh sazişinin bütün bəndlərinin razılaşdırılması imkanı var
13:39
MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək
13:36
Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
13:32
Qızılın qiyməti tarixdə ilk dəfə olaraq 1 unsiya üçün 2 800 dolları ötüb
13:30
Bakıda yeni park
13:28
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10