Yeni Kaledoniya iğtişaşlardan sonra bərpa üçün Parisdən 4,2 milyard avro tələb edir
REGİONAL MƏTBUAT
21:58
28.08.2024
Baxılıb: 2160
Yeni Kaledoniya iğtişaşlardan sonra bərpa üçün Parisdən 4,2 milyard avro tələb edir

Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyanın Konqresi (yerli parlamenti) ilin əvvəlində baş vermiş iğtişaşlardan sonra ada ərazisini bərpa etmək üçün Fransa hökumətindən 4,2 milyard avro ayrılmasını tələb edən qətnamə qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “La Tribune” qəzeti qətnamənin mətninə istinadən məlumat yayıb.

Məlumata görə, səslərin böyük əksəriyyətini alaraq qəbul edilən sənəddə bildirilir ki, qətnamə ilk növbədə ölkənin xilasını təmin etmək, ikincisi isə onun bərpasına başlamaq üçün nəzərdə tutulub.

Qeyd olunur ki, bu məbləğ Yeni Kaledoniyanın illik ÜDM-nin demək olar yarısına bərabərdir.

“Bu bərpa, iqtisadi və sosial maliyyə dəstəyi planı məhv olmaq ərəfəsində olan ölkəmizin xilası üçün vacib elementdir”, - “Kaledoniya birlikdə” qrupunu təmsil edən konqresmen Filip Qomes deyib.

Nəşrdə vurğulanır ki, bu qətnamənin şərtləri Fransa hakimiyyət orqanları ilə razılaşdırılmalıdır. “Təşəbbüsün payızda razılaşdırılan 2025-ci ilin büdcə layihəsinə daxil edilməsi üçün ona tez bir zamanda baxılmalıdır”, - məlumatda deyilir.

Xatırladaq ki, mayın 13-də Yeni Kaledoniyanın Numea şəhərində Fransanın yerli seçkilər üçün seçici siyahılarının genişləndirilməsinə dair qanun layihəsinə qarşı etirazlar başlayıb və bu, iğtişaşlara çevrilib. İğtişaşçılar mağazaları, aptekləri və yanacaqdoldurma məntəqələrini qarət edərək yandırıblar. Yerli hakimiyyət orqanlarının məlumatına görə, təkcə dövlət qurumlarına və infrastruktura dəymiş ziyan 1 milyard avro təşkil edib. Özəl müəssisələrə də dəyən zərər nəzərə alınmaqla iyulun əvvəlinə bu rəqəm 2,2 milyard avro təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanda hərracların təşkili ilə bağlı yenilənmiş platforma istifadəyə verilib
13:48
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib
13:45
Bakıda strateji əhəmiyyətli yük stansiyası əsaslı təmir edilib
13:44
Bakıda daha 20 nəfərə küçə sənəti ilə məşğul olmaq hüququ verilib
13:41
Araik Arutyunyan: İrəvan və Bakı arasında sülh sazişinin bütün bəndlərinin razılaşdırılması imkanı var
13:39
MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək
13:36
Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
13:32
Qızılın qiyməti tarixdə ilk dəfə olaraq 1 unsiya üçün 2 800 dolları ötüb
13:30
Bakıda yeni park
13:28
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10