Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-na keçən gecə İrana hücum edən İsraili regional miqyasda münaqişəyə başlamaqda ittiham edib.
“TRT” xəbər verir ki, o, bu barədə ölkənin cənub-şərqindəki Hatay vilayətində bildirib.
“Qərb gücləri tərəfindən təqdir edilən İsrail hökuməti regional münaqişənin qaynağını yandırmağa çalışır. Ümid edirəm ki, bu oyun baş tutmayacaq”, - deyə Ərdoğan qeyd edib.
Bundan əvvəl İsrailin İrana zərbələri Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən pislənərək, bu hücumla Təl-Əvivin bölgəni daha böyük müharibənin astanasına gətirdiyini vurğulamışdı.