Özbəkistanda parlamentin aşağı palatasına seçkilər keçiriləcək
REGİONAL MƏTBUAT
11:34
27.10.2024
Baxılıb: 100
Özbəkistanda parlamentin aşağı palatasına seçkilər keçiriləcək

Özbəkistanda parlamentin aşağı palatası - Ali Məclisin Qanunvericilik Palatasına və yerli şuralara (xalq deputatları şuralarına) seçkilər keçiriləcək.

Seçkilər qabaqcıl demokratik standartlara uyğun təkmilləşdirilmiş seçki qanunvericiliyi əsasında keçiriləcək.

Xüsusilə, qanunda göstərilir ki, siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərin ən azı 40%-ni qadınlar təşkil etməlidir. Bundan başqa, müəyyən edilib ki, deputat seçilmək üçün seçicilərin nisbi əksəriyyətinin səsini almaq kifayətdir. Belə ki, namizəd seçki dairəsi üzrə digər namizədlərdən çox səs topladıqda seçilmiş sayılır.

Seçkilər zamanı “E-saylov” informasiya sistemindən istifadə olunacaq, bunun sayəsində vətəndaşlar interaktiv xəritələr vasitəsilə seçicilər, seçki məntəqələri və deputatlığa namizədlər haqqında statistik məlumat ala biləcəklər. İlk dəfədir ki, seçkilər majoritar sistemlə deyil, qarışıq seçki sistemi ilə - majoritar və proporsional sistemlə keçirilir.

150 deputatdan 75-i birmandatlı seçki dairələri üzrə seçicilərin konkret namizədlər üçün verdiyi səslər əsasında aşağı palataya seçiləcək, qalan 75 nəfər isə vahid seçki dairəsi üzrə siyasi partiyalara verilən səslərin sayına proporsional olaraq partiya siyahıları üzrə seçiləcək.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ümumilikdə birmandatlı seçki dairələri üzrə irəli sürülmüş 375 nəfərin, həmçinin partiya siyahıları üzrə 500 nəfərin namizədliyi qeydə alınıb.

Seçkilərdə 1000-dən çox beynəlxalq və xarici müşahidəçi iştirak edir, onlardan 400-ə yaxını 50 ölkəni, 500-ə yaxını MDB, Türk Dövlətləri Təşkilatı, ŞƏT kimi beynəlxalq təşkilatları, 60 müşahidəçi isə 26 ölkənin seçki komissiyalarını təmsil edir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə 350, MDB dövlətləri isə 167 müşahidəçi göndərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Türkiyədən Pakistana uçan təyyarə Bakıya məcburi eniş edib
09:30
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
09:28
Kommunal işçilərin tətili Marselin küçələrində tullantıların yığılmasına səbəb olub
09:27
“Şençjou-19” təyin olunmuş orbitə çıxıb
09:24
ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
09:20
İsrail Baş Qərargahı İranın yeni hücumu olacağı təqdirdə cavab zərbəsi barədə xəbərdarlıq edib
09:20
Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır
09:17
Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35 %-dək rüsum təsdiqləyib
09:16
Kadırov Çeçenistana dron hücumu nəticəsində ukraynalı əsirlərin zərər çəkdiyini iddia edib
09:14
Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
09:12
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
09:10
Londonda 22 ton çeddar pendiri oğurlanıb
01:14
„Mənim işə getmək həvəsim yoxdur“ mübahisəsi
01:04
Belçikada proqram təminatı sənayesi daralır
01:02
Hollandiya noyabr ayından etibarən sərhəd nəzarətinə başlayacaq
00:57
Avstriyada silahlı hücum: Bələdiyyə sədri öldürüldü
00:55
Ermənilər Atatürkün büstünə etiraz ediblər
00:48
“Prezident hökuməti istefaya məcbur etməlidir”
00:43
“Türinqiyada minlərlə ifrat sağçı ekstremist var”
00:39
Aİ ölkələrində elektrik və təbii qaz qiymətləri artıb
00:28