Bu ilin yanvar-sentyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 1 milyard 987 milyon manatlıq əməliyyat aparıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr buraxılışında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % çoxdur.
Təkcə sentyabrda isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 265,2 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 42,4 % çoxdur.