Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətlərinin sayı açıqlanıb
İQTİSADİYYAT
18:34
31.10.2024
Baxılıb: 263
Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətlərinin sayı açıqlanıb

Hazırda Azərbaycanda 450-dən çox Britaniya şirkəti fəaliyyət göstərir ki, bunlardan təxminən 50-si “yaşıl enerji” sektorundadır. Bundan əlavə, neft və qaz, infrastruktur, maliyyə xidmətləri, təhsil və pərakəndə ticarət sektorlarında çoxsaylı şirkətlər təmsil olunur.

Bu barədə “Report”a müsahibəsində Böyük Britaniyanın İstanbuldakı Baş konsulu, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kenan Poleo bildirib.

"Bu yaxınlarda mənim komandam Britaniyanın memarlıq və tikinti sahəsindəki təcrübəsini nümayiş etdirmək üçün “Baku Build” sərgisində iştirak etmək məqsədilə Britaniya şirkətlərini Azərbaycana gətirib. Bu tədbir uğurla həyata keçirilib", - o qeyd edib.

Baş konsul vurğulayıb ki, 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanda Britaniya biznesinin təşviqi üçün böyük imkanlar yaradacaq.

K.Poleonun sözlərinə görə, Britaniya Bakıda konfrans çərçivəsində “TheCityUK” (Britaniya maliyyə və əlaqəli peşəkar xidmətlərini təmsil edən sənaye təşkilatı) ilə birlikdə iqlim maliyyələşdirməsi üzrə, həmçinin iqlimə dair bir sıra digər tədbirlər keçirəcək: “Britaniya qeyri-neft sektorunda, xüsusilə bərpa olunan enerji mənbələri, infrastruktur, təhsil və səhiyyə sahələrində Azərbaycan müəssisələri ilə əməkdaşlıq üçün bütün imkanlara malikdir”.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
Audinin Brüsseldəki fabriki 2025-ci ilin fevralında bağlanacaq
00:32
TikTok trendinə görə gənclər az qala ölürdülər
00:26
Philip Morris Almaniyada 2 fabrikini bağlamağı planlaşdırır
00:22
Koalisiyada parçalanma siqnalı
00:18
“Ağ nəhəng” adlı binaya genişmiqyaslı reyd
00:09
ABŞ İran aviaşirkətinə qarşı sanksiyaları uzadıb
00:06
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
00:05
Pakistan Prezidenti Dubay hava limanında təyyarədən enərkən ayağını sındırıb
00:03
Almaniya XİN başçısı SEPAH-ın terror təşkilatı kimi tanınmasının tərəfdarıdır
00:02
Türkiyə XİN: Avrointeqrasiyada irəliləyiş Aİ-nin iradəsindən asılı olacaq
00:01
Orban bəzi avropalı siyasətçiləri axmaq adlandırıb
00:00
Koreya Ukraynaya əsgər göndərməyi düşünmür
00:00
Rəsmi Ankara: Aİ-nin daxili siyasi dinamika ilə bağlı ədalətsiz qiymətləndirməsini rədd edirik
18:39
“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı artıb
18:37
Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətlərinin sayı açıqlanıb
18:34
Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 24 % artıb
18:31
Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və azad edilməsi müzakirə olunacaq
18:29
Almaniya İranın bütün konsulluqlarını bağlayır
18:27
Moldovada MSK-nın binasını yandırmağa cəhd edən 5 nəfər saxlanılıb
18:26
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxunub
16:47