Azərbaycanın bank sektorunun aktivləri 8 %-ə yaxın artıb
İQTİSADİYYAT
12:37
27.11.2024
Baxılıb: 33
Azərbaycanın bank sektorunun aktivləri 8 %-ə yaxın artıb

Bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 697,8 milyon manat təşkil edib.

 Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 7,7 çoxdur.

Bankların aktivlərinin 25 milyard 515,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 20,85 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 45,8 %-dən 51,3 %-ə qalxıb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,5 % artaraq 43 milyard 254,6 milyon manata, o cümlədən depozit portfeli 3,9 % artaraq 34 milyard 373,9 milyon manata çatıb. Bunun 13 milyard 969,5 milyon manatı fiziki, 20 milyard 404,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 13,8 % artıb, şirkətlərin banklardakı vəsaitləri isə 1,95 % azalıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,05 dəfə azalaraq 44,8 milyon manat olub.

Sektorun balans kapitalı isə 9 % artaraq 6 milyard 443,2 milyon manat təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var
17:43
Londonda kürd ictimai mərkəzində axtarış aparıb
17:40
Azərbaycanda növbəti bələdiyyə seçkiləri gələn ilin yanvarın 29-na təyin edilib
17:37
Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib
17:35
Azərbaycan "yaşıl iqtisadiyyat"a töhfə verən 5 razılaşma imzalayıb
17:33
Azərbaycan Karib ölkələrinə iqlim risklərinin idarə olunması sahəsində dəstəyini genişləndirəcək
17:32
CPC bu il 53 milyon ton neft ixrac edib
17:30
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
17:28
EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq
17:25
SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib
15:25
Azərbaycanda yaş tütün istehsalında 34 % artım qeydə alınıb
13:14
Azərbaycanda 10 ayda dövlət xətti ilə 383 milyon manat ipoteka krediti verilib
13:11
Azərbaycanın bank sektorunun aktivləri 8 %-ə yaxın artıb
12:37
Mikayıl Cabbarov: "Yaşıl artım portalı" yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək"
12:35
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
12:33
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
12:30
Bayden Konqresdən Ukrayna üçün əlavə vəsait istəyib
12:28
Qətərdə dünyanın ən böyük mavi ammonyak zavodu tikilir
12:12
Kanadanın Baş naziri Trampın tarif təhdidləri ilə bağlı təcili iclas keçirəcək
12:10
Merkel NATO-nu Rusiyanı cilovlamaq üçün sistem yaratmağa çağırıb
12:01