DİN əməliyyat keçirib, üç şəxsdən 38 kq narkotik vasitə aşkarlanıb
CƏMİYYƏT
12:27
03.09.2024
Baxılıb: 911
DİN əməliyyat keçirib, üç şəxsdən 38 kq narkotik vasitə aşkarlanıb

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti tədbirlərlə daha bir mütəşəkkil dəstə üzvləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar - Elçin Həmzəyev, Hüseyn Fətullayev və tanışı Seyfət Pənahov saxlanılıblar. Onların üzərindən və avtomobillərindən 38 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və tiryək aşkarlanıb.

Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib.

E.Həmzəyev, H.Fətullayev və tanışı S.Pənahovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur
20:29
Kursk yaxınlığında iki sərhəd bölgəsinin sakinləri təxliyə edilir
20:07
Pakistan rəsmisi: "Azərbaycanla imzalanmış yeni ticarət sazişi tərəfdaşlığın inkişafına təkan verəcək"
17:59
Kaluqa vilayətinin qubernatoru Bakıda əməkdaşlıq məsələlərini müzakirə edir
17:57
Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin sayı artırılıb
17:56
Azərbaycan “Dubai Port World” ilə tranzit daşımaları əməkdaşlığını müzakirə edib
17:54
BRICS XİN başçıları sentyabrın sonunda Nyu-Yorkda danışıqlar aparacaqlar
17:51
Ukrayna Danimarkadan F-16 qırıcılarının daha bir partiyasını alacaq
17:50
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
17:48
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
17:42
Qazaxıstan və Almaniya arasında Birgə Bəyannamə imzalanıb
17:40
Azərbaycan Efiopiyaya un məmulatları ixrac edəcək
17:38
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib
17:37
İran Prezidenti: Azərbaycanla birgə layihələrin həyata keçirilməsi məsələsini öyrənirik
17:34
Azərbaycan Vyana Ticarət Palatasının turizm tədbirində təmsil olunub
17:30
Azərbaycan bir sıra ölkələrlə aqrar sahədə elmi əməkdaşlığı müzakirə edib
17:28
“AzərEnerji” “Yaşıl enerji”yə dair kompleks tədbirlərin icrasına başlayıb
17:27
Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb
17:07
Azərbaycan qazının Avropa və Türkiyəyə ixracı ilə bağlı bu il üçün proqnozlar açıqlanıb
17:03
Dövlət Xidməti: Kiberhücumların sayında kəskin artım müşahidə olunur
17:01